İsveçdə “Avroviziya-2016” mahnı müsabiqəsinin vaxtı açıqlanıb. İsveç KİV-ləri xəbər verirlər ki, əvvəlki illərdə olduğu kimi bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək. Müsabiqə Stokholmda “Qloben Arena”da keçiriləcək. Bu il müsabiqədə 43 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib. Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, “Avroviziya” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb. Mir.Az
↧