Azərbaycanda fəaliyyət göstərən banklardan birinin işçiləri maraqlı layihəyə imza atıblar. Mir.Az-ın verdiyi xəbərə görə hal-hazırda banklarda problemli kreditlərin sayının artması və əhalinin müəyyən faizinin banklara kreditlərini ödəməsindən boyun qaçırması məsələsi gündəm məsələlərdəndir. Bu baxımdanda bank işçiləri problemli kreditlərin həlli yoluna bir qədər satirik yanaşaraq maraqlı qısa metrajlı sosial video çəkiblər. Filmin səslənməsində Azərbaycan kino tarixində iz qoymuş filmlərin səslənməsindən istifadə edilib. Qeyd edək ki, filmdə rol alan obrazları bir başa bankın əməkdaşları icra edirlər. Mir.Az sözü gedən videonu sizlərə təqdim edir: Mir.Az
↧