Chris Buck adlı bir şəxs Quora.com vebsaytında “Həyatınızda ən utancverici təyyarə səyahəti hansıdır?” başlığı altında verilən suala yaşadığı çox maraqlı bir hadisəni paylaşaraq cavab verib. Onun danışdığı hekayə o qədər tragikomikdir ki, tezliklə bütün internetə yayılıb və müzakirələrə səbəb olub. Həmin hekayəni sizə olduğu kimi təqdim edirik. Chris Londondan Dubaya uçmaq üçün "Qatar Havayolları" təyyarəsinə minir. “Dubaya getmək üçün Heathrow Hava Limanından Qatar Airways’in saat 22:00-da Doha üzərindən tranzit yolla uçan təyyarəsinə mindim. Təyyarəyə oturan kimi yuxuya getmişdim. Daha əvvəllər Dubaya Virgin Airways ilə uçduğum üçün Qatar Airways’də olan qayda-qanunu bilmirdim. Təyyarə o qədər rahat idi ki, yerimə oturan kimi heçnə düşünmədən yuxulamışdım. Sərnişinlərin əksəriyyəti ərəb idi, məndən başqa bir neçə avropalı da var idi."Ərəb sərnişinlərinin sevincinə səbəb "Belə məlum oldu ki, təyyarə Məkkənin yaxınlığından keçəcək, ya da ən azından Məkkənin işıqları görünəcək. Hətta, pilot bu barədə anons verərək, Məkkənin işıqlarının təxminən nə vaxt görünəcəyini incə jest edərək sərnişinlərə bildirdi. Bu anons ərəb sərnişinlərin arasında həyəcan yaratdı. Nəhayət Məkkənin işıqları yan pəncərələrdən görünməyə başladı." Məkkənin işıqları göründükdə nə baş verdi? "Həmin anda bütün təyyarə Allah-u-Əkbər səsi ilə silklənirdi. Mən gözümü açanda 20-yə yaxın saqqalı, ərəb sərnişinin səslərinin bütün gücüylə Allahu-Əkbər qışqırdığını gördüm." Chris 11 sentyabr bənzəri bir hadisənin olacağını düşünür və hücum vəziyyəti alır "Həyəcanla ayağa qalxaraq hücum vəziyyəti aldım. Bir neçəsini kokpitdən uzaqlaşdırdım. Mübarizə aparmadan təslim olmaq istəmirdim, Əlimə “silah” olaraq istifadə edə biləcəyim əşyaları götürüb dirənməyə davam edirdim. Yumruqlarımı göstərib: "Gəlin sizin ağzınızın payını verim" - deyirdim." Chrisin bu halı hər kəsi təəccübləndirir, dostları ondan utanırlar "Bir anda diqqət etdim ki, insanlar mənə “dəli” münasibəti göstərib, uzaqlaşmağa çalışır. Bir neçə kabin məmuru mənə “Sakitləşin” deyirdi. Avropalı dostlarım, utancından üzünü tutaraq, “Biz bu adamı tanımırıq” deyirdi. Təyyarəyə hücum olmadığına inanmağım təxminən 1 saat çəkdi. Stuardessa mənim əlimdən tutaraq sakitləşdirməyə çalışırdı. Qatar Airways heyəti həqiqətən çox mədəni və zərif davranırdı. Hətta bir ara mənə şəkər də verdilər" Crhisin utancverici səyahəti Dohaya çatdıqdan sonra davam edib "Doha’ya çatanda bütün sərnişinlərin gözləri mənim üzərimdə idi. Artıq “Heç olmasa, bir daha həmin adamları görməyəcəm” deyərək Dubay uçuşu olan qapıya doğru getdim. Həmin təyyarəyə minməyə hazırlaşarkən, eyni adamların orda da olduğunu gördüm. Aralarından biri “Manyak yenə gəldi” dediyini eşitdim.” Mir.Az
↧