Nə deyiblər, “Fala inanma, falsız da qalma”. Bir çox fallar vardır, bunlardan biri də türkiyəlilərin ən çox istifadə etdikləri qəhvə falıdır. Bu fala baxmaq üçün bəzi incəlikləri bilmək kifayətdir. Türk qəhvəsi içildikdən sonra nəlbəkinin daxili səthi, fincanın üzərinə örtülür və fincan əks tərəfə tərs çevrilir. Bu vaxt bir dilək tutulur. Qəhvə falına fincanın qulpundan başlayaraq, saat istiqamətində baxılır. Bu istiqamət hadisələrin zamanını ifadə edər. Fincanın çuxur-orta yeri ailəni təmsil edər, ağız qisiminə yaxın görülən simvollar isə yaxınlaşan hərəkət və hadisələrin xəbərçisidir. Qəhvə falında hansı simvollar necə yozulur? Rəqəm ve saylar: Rəqəmlər yaxınlıqlarında olan simvollarla birlikdə dəyərləndirilir. Məsələn, bir açarın yanındakı 3 rəqəmi fincanın ağız qisminə yaxındırsa, 3 aya ərzində köçmək və ya maşın almaq kimi yozulur. Sıfır gözlənilən işin mənfi cavablanacağına, 1 sevgiyə, 2 uğursuzluğa, 3 müvəffəqiyyətə, 4 şansa, 5dedi-qoduya, 6 dostluq və evliliyə, 7 ailə səadətinə, 8 mübahisəyə, 9 yeni insanlarla tanış olmaqa işarədir. Hərflər: A hərfi incikliyə, B hansısa bir işdə rəhbər olacağına, D ziyana, E vicdan əzabı çəkəcəyinə, G hərfi gözlədiyin işin bir müddət zamana ehtiyacı olduğuna, C yola, Ç ayrılığa, H evliliyi, N gərginliyə, P yalana, S yeni insanlarla tanış olacağına, V hərfi isə kədərə işarədir. İnsanlar: Fincanda qadın sözə, kişi gücə yozulur. Bu söz bir xəbər də ola bilər, dedi-qodu da. Heyvanlar: Heyvanların xarakteristik xüsusiyyətləri, fal baxarkən də dəyişməz. İlan pis niyyətli insanı, quş yaxşı bir xəbəri, balıq isə qisməti ifadə edər. Meymun ikiüzlülüyü, yırtıcı heyvanlar pisliyi və əsəbi işarə edir. Kəpənək qısa bir müddətlik xoşbəxtliyi, qurd və ya canavar görmək pis vəziyyətdən çıxmaq, bəzən də düşmən mənasına gəlir. Arı əziyyətinin dəyərləndiriləyəcəyinə, siçan isə güvənilməz bir xarakterə işarədir. Əmlak: Daşınan və daşınmaz əmlaklar fərqli mənalar ifadə edir. Bir maşın yer dəyişdirməyə, televizor isə ailədə ünsiyyət problemlərinin olduğunu ifadə edir. Kiçik nöqtələr: Qəhvə falı baxarkən, fincandakı kiçik qara nöqtələr hansısa bir gözlənilən hadisənin reallaşma ərərfəsində olduğunu ifadə edər. Yol: Fincanda yol görünməsi zəfərə, yeni başlanğıclara, haçalanmış yol isə gözlədiyin xəbərin reallaşması bir az zaman alacaqı mənasına gəlir. Yolun ətrafındakı simvollar da yolun mənasına təsir göstərir. Yeddi yol çıxmışsa evliliyə, yolun sonunda quşa bənzər simvol varsa, uzaqlardan bir xəbər gələcəyi mənasını verir. İri nöqtələr: Reallaşmış bir işin xəbərinin eşidiləcəyinivə tamamlanmaq üzrə olan bir işi ifadə edir. Geometrik simvollar: Qəhvə falı yorumlarında geometrik simvollar ətrafındakı digər simvollarla birlikdə bir məna ifadə edir. Mir.Az
↧