İnsan beynində təxminən 100 trilyon sinaps olur. Sinaps-lar, sinir hüceyrələrində kimyəvi keçidin baş verdiyi yerlərdir. Bədəndəki hər hansı bir hüceyrə, sinapslar yolu ilə, 1.000 ayrı beyin hüceyrəsi ilə əlaqə yaradır. Bu qeyri-adi şəbəkə sayəsində meydana gələn məlumat əməliyyat sürəti, həqiqi mənada heyrət vericidir. Tək bir bitlik məlumat, bir anda tam 100.000 neyrona çatır. Bu xüsusiyyəti ilə beyin, məlum olan ən sürətli kompüterdən yüz minlərlə qat daha sürətlidir. Belə mükəmməl bir əsərin, eyni sürət və eyni xüsusiyyətlərə sahib bir oxşarının hazırlanması, IBM-in texnologiya müdiri Doktor Kerri Bernstein-in ifadəsiylə mümkünsüzdür. Dünyada eyni anda yüz milyonlarla telefon əlaqəsi olur. Dünya miqyasında bu şəbəkə, olduqca yüksək və geniş şəbəkədir. Bu həqiqətə baxmayaraq bu böyük şəbəkə, tək bir insan beyni ilə müqayisədə olduqca adi qalar. Tək bir insanın beyninin içində orta hesabla 100.000.000.000 (yüz milyard) neyron (sinir hüceyrəsi) var. Bu mükəmməl şəbəkəni daha yaxşı anlamaq üçün belə bir nümunə verə bilərik: Beyindəki bu neyronlar, sahib olduqları çıxıntılardan uc uca birləşdirsək, uzunluqları bir neçə yüz min kilometri tapır. Elm adamlarının beyni, "kainatdakı ən böyük sirrlərdən biri" olaraq xarakterizə etməsinə səbəb olan ən mühüm faktorlardan biri, bu qeyri-adi şəbəkənin varlığıdır. Beyin, təxminən%80 su,%10 yağ və%8 zülallardan əmələ gəlir. Geri qalan hissəsini isə, karbohidrat, duz və digər minerallar yaradır. Beyindəki hər sinir, elektrokimyəvi siqnallar alıb işləyir. Sinir şəbəkələri, çox sayda əlaqələrini zəiflədərək və ya gücləndirərək xatirə saxlayırlar. Və bunun nəticəsində də yaddaş yaranır. Qeyri-adi hallarla üzləşilməsi, məsələn, ilk dəfə baxılan bir portret, hüceyrələrin öz aralarında fərqli tənzimləmələrə girmələrinə səbəb olur. Əlaqəli sinirlər birdən əlaqələrini gücləndirir və qarşılaşılan vəziyyəti xarakterizə etməyə çalışırlar. Qeyd edilən göstəricilər, ikinci təcrübədə, prosesin daha sürətli baş verməsini təmin edir. Beləliklə, eyni portretə ikinci dəfə baxanda portret artıq tanış gələcək. Həyat boyu təkrarlanan proseslər, ümumiyyətlə bir görüntü olaraq beyində saxlanılır. Beyində yaddaşa qeyd edilən hər an, 100 milyard sinirin saatda 400 km sürətlə inkişaf etdiyi 1.000 ilə 500.000 arasındakı əlaqə sayəsində baş verir. Belə möhtəşəm bir tutuma malik olan beyin, sadəcə, közərən bir lampa işıqlandıracaq qədər enerji istifadə edir. Bədən çəkimizin yalnız 50de biri qədər olan beyin bədənin bütün oksigen və qlükoza ehtiyacının beşdə birini sərf edir. Beyin o qədər əhəmiyyətlidir ki, ürəkdən çıxan ilk qan ona göndərilir, hər hansı bir səbəblə bədəndə qalan az miqdarda qan isə, ilk növbədə, onu həyatda saxlamağa çalışır. Ürək, damarlar və bütün digər orqanlar isə, sanki bu həqiqəti bilirlər. Mir.Az
↧