Amerika psixoloqları dırnaq yemə vərdişinin psixoloji hal olduğunu bildiriblər. Mütəxəsisslərin siqareti atmaqdan da çətin hesab etdikləri dırnaq yeməni obsessiv-(diqqət dağılma)komplusiv problemlər kateqoriyasına daxil edirlər. Onlara görə ara-sıra dırnaq yemək də psixoloji hal olub, davranış problemi hesab olunur. Kaliforniya Universitetinin pisxoloqu Karol Matvey, saçlarını düzəltmək, dəridəki sızanaqları dırnaqla sıxmaq, dırnaq yemək kimi davranışları psixoloji pozuntu hesab edir. Barmaqların qurluşuna zərər verən, infeksiyaya səbəb olan bu davranış artıq xəstəlik olaraq araşdırılmağa başlanılıb. Amerika tibb mütəxəssisləri, dırnaq yeməni xəstəlik kateqoriyası kimi "Psixoloji Problemlərin Diaqnostik və Statistik Əl Kitabı”nın (Diagnostic and Statistical Manual of Mental Disorders) bir sonrakı bölümündə nəşr olunacağını açıqlayıblar. Mir.Az
↧