Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Payızda yarpaqlar niyә Avropada sarı Amerikada qırmızıdır?

$
0
0
Payız aylarında Avropadakı yarpaqların çoxu saralarkәn ABŞ və Şərqi Asiyadakı yarpaqlar qızarır. Prof.Simcha Lev-Yadun və Prof. Jarmo Holopainen səbəbi hələ aydın ola bilinməyən bu fenomeni açıqlamaq üçün 35 milyon il geriyə dönür. Hər kəsin bildiyi kimi yarpaqların yaşıl rəngi böyük nisbətdə hüceyrələrin içindəki xlorofil piqmentlәrindәn gəlir. Rəng dəyişməsi, yarpağın ölümünün bir nəticəsi olaraq deyil, sarıyla qırmızını bir-birindən ayıran bir sıra hadisədən qaynaqlanır. Xlorofil yarpaqdan azaldığı zaman onsuz da var olan sarı piqmentlər üstün hala gəlir və yarpağa rəngini verir. Qırmızı rəng isə fərqli bir prosesin nəticəsidir. Xlorofil yarpaqdan azaldığı zaman normal şərtlərdə olmayan qırmızı rəng pigmenti 'antosiyanin' yarpaqda yaranır. Hələ təzə olan bu kəşfin ardından alimlər indi də yarpaqlarını tökən bir ağacın qaynaqlarını niyә qırmızı piqment yaratmaqda istifadə etdiyini araşdırmağa başladı. Nə var ki, hələ fikir birliyinə gәlinmәyib. Bir qrup alim qırmızı piqmentlәrin yarpaqları isti və soyuğa qarşı qorumaq üçün odun qisimindən yarpaqlara göndərilib orada təkrar sintezlәndiyini düşünür. Başqa bir tezis isə ağacların özünü böcəklərdən qorumaq bu piqmentlər sintezlәdiyini söyləyir. Ancaq cavab nə olursa olsun, qırmızı pigmentlerin niyә Avropada görülmədiyi açıqlana bilmir. Ekoloji təkamül payız rənglərinin böcəklərlə ağaclar arasında uzun sürən döyüşünün bir nəticəsi olduğunu göstərir. Payız mövsümü boyunca böcəklər ağaclardan bəslənir və yumurtalarını bura buraxır. Böcəklərin bəslənmək üçün sarı yarpaqları seçməsi, ağacları böcəklər tərəfindən istifafә edilmәyәn qırmızı piqment istehsal edәcәk şəkildə tәkamüllәşdirir. Bu mərhələdə ağla gələn sual, nəzəriyyə doğrudursa dünyada sarı yarpaqlı ağacın qalmamış olması lazım olduğudur. Alimlərin bu suala cavabı belədir: "35 milyon il əvvəl Yer böyük, davamlı yaşıl meşələrlə örtülmüşdü. Daha sonra yaşanmağa başlayan buz dövrü və bir sıra quraqlıq, bitkiləri yarpaq tökəcək şəkildə təkamülə uğratdı. Amerika və Cənubi Asiyadakı bitkilər buz çağıyla birlikdə yayılan sahələrini cənub-şimal istiqamətində dəyişdirdi. Paralel uzanan dağlarla әhatәli bölgələrdə soyuqdan qorundular və varlıqlarını davam etdirdilər. Əlbəttə böcəklər də ana yeməkləri ilә birlikdə köç etdi. Avropada isə vəziyyət bir az fərqli idi, Alp dağlarından başqa yüksək dağ yox idi. Alp dağlarının ətrafındakı növlər xaric, çox növ buz dövrünün gəlməsiylə yox oldu, böcəklər də onları izlədi. Dondurucu soyuqların bitməsindən sonra Avropadakı ağacların böcəklər üçün müdafiə olunmağa ehtiyacı qalmamışdı, çünki bir çox böcəyin nəsli Avropada tükənmişdi. Bu səbəblə Avropalı ağacların qırmızı yarpaq yaratmasına ehtiyac qalmadı". Alimlər bu nəzəriyyələrini dәstәklәyәn dəlilin Skandinaviyada olan cırtdan ağaclar olduğunu söyləyirlər. Bu ağaclar hələ də qırmızı yarpaq tökür. Çünki qısa boylu olduqları üçün qar təbəqəsinin altında qalıb yer üzündəki çox çətin şərtlərdən qorundular. Yer altında qalan böcəklər də bu ağaclarla bəslənməyə davam etdi və böcək-bitki döyüşünü davam etdirərək qırmızı yarpaqların davamını təmin etdi. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Seks haqqında bilinməyən həqiqətlər


Həftədə azı 2 dəfə sekslə məşğul olun - 26 FAYDASI


Mənə naz et | Əliağa Vahid


Eşq yoxsa Ehtiras? (+18)


Alov haqqında 3 maraqlı fakt


Maraqlı Yazılı Şəkillər (11)


Qızlar üçün Dəbli Saç Modelləri (2)


Nootroplar nədir?


Gördün nə bəla çəkdi başım eşqin ucundan?


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Xəmsə oyunu üçün suallar paketi


Hamiləlik zamanı seks (18+)


Toy gecəsi (zifaf gecəsi) zorlama ?!


Qarışıq Yazılı Şəkillər (2)


Bürclər Haqqında Maraqlı Məlumatlar (412) - Foto


Qələm Yazılı Şəkilləri (38)


Göy üzündə neçə ulduz var?


Zəy maskası