Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Xorultu adi xəstəlik deyil

$
0
0
Xorultu səs fenomenidir. O, bir xəstəlik olub, daha çox ətrafındakı insanlar üçün sosial problemdir. Xorultu yatan zaman nəfəsin dayanması kimi ciddi bir xəstəliyin- «yuxuda obstruktiv apnoe» sindromunun əlamətidir. Mir.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu problem havanın beyinə lazımı qədər ötürülmədiyi zaman yaranır. Xoruldayan adamın təzyiqi həmişə yüksək olur, o ürəyin işemik xəstəliklərindən əziyyət çəkir. Xəstəliyin məkanı udlaq, burun, nəfəs yolları, beyin, ağciyərlərdir. Hələ eramızdan əvvəl mövcud olan xoruldamaq şan-şöhrət hesab edilirdi. Xoruldamaq varlılıq əlaməti idi. İlk dəfə 1874-cü ildə ABŞ-da onun bir xəstəlik olduğu aydınlaşdırılıb. Həmin dövrlərdə həkimlər xorultunun dəhşətli fəsadlarından, orqanizmə ziyanından xəbərsiz idi. Son 20 ildə mütəxəssislər xorultunun qorxulu bir xəstəlik olduğunu sübut edib, müalicəsini tapıblar. Əgər səndə gündüzlər yuxulu olmaq, gecə narahat, səthi yatmaq, tərləmə və gecə tez-tez sidiyə getmək, səhərlər əzgin olmaq, baş ağrısı, yaddaşın və diqqətin azalması, əsəbilik kimi hallar varsa, demək sənin xoruldamaq problemin artıq bir xəstəliyə çevrilib. Səbəb nədir? Xroniki xorultunun yaranmasının əsas səbəblərindən biri doyunca yatmamaq, gündüzlər yuxulu olmaqdır. Spirtli içki aludəçilərində və siqared çəkənlərdə də xorultu xəstəliyi əmələ gəlir. Bundan başqa udlaq əzələlərinin tonusunun azalması, yuxugətirən preparatların qəbulu, qalxanabənzər vəzilərin funksiyasının pozulması və azalması, aylıq tsiklin kəsilməsi də xorultu əmələ gətirən amillər sırasındadır. Bütün bu amillər nəfəs yollarının daralmasına səbəb olur. Orqanizmə infeksiya düşməsi də xorultuya gətirib çıxarır. Kimlər risq altındadır? · Burun boşluğu və udlağı anadangəlmə dar olanlar · Qırtlağı uzun olanlar · Alt çənəsində geriyə dartılma kimi problemi olanlar · Badamcıqları böyüyənlər · Kök adamlar · Vaxtının çoxunu kompüter qarşısında keçirənlər · Çoxlu fast-food yeyənlər Xəstəliyin dəhşətli fəsadları: Xorultu beynin funksiyasına mənfi təsir göstərir. Gecə xorultudan əziyyət çəkən insanın beyni daim oyaq olur. Buna mikrooyanmalar deyilir. Belə mikrooyanmalar xəstədə yuxu pozğunluğu kimi dəhşətli xəstəliyə gətirib çıxarır. Xorultu zamanı insanın orqanları istirahət etmir. Nəticədə, orqanizmin funksiyası zəifləməyə gətirib çıxarır. İnsanlar çox vaxt xorultuya bir xəstəlik kimi baxmır. Elə buna görə də onun sonradan dəhşətli fəsadları üzə çıxır. Həm də xoruldama ölümlə də nəticələnə bilər. Müalicə necə aparılmalıdır? Xorultunun diaqnozunu qoymaq üçün əvvəlcə xəstə ilə eyni otaqda yatan adamın köməyindən istifadə olunur. Xəstəyə skrininq testləri edilir. Xəstənin yuxuda tənəffüs yollarının və ürək-damar sisteminin işi yoxlanılır. Müalicə zamanı cərrahi və ya konservativ üsullardan istifadə edilir. Konservativ üsulla xəstənin tənəffüs yolları genişləndirilir. Xəstələrə yatan zaman düzgün vəziyyətdə uzanmaq məsləhət görülür. Bəzən xəstədə xorultunun qarşısını almaq üçün cərrahi üsuldan istifadə olunur. Bu zaman nəfəsalmanı yaxşılaşdırmaq üçün yumuşaq damağın və limfa əmələ gəlmələrinin ölçüləri kiçildilməlidir. Diqqət! Diqqət! Lids Universitetinin mütəxəssisləri apardıqları araşdırma nəticəsində sübut ediblər ki, xoruldamaq «altsqeymer» xəstəliyinə gətirib çıxarır. Bu xəstəlik zamanı beyinə daxil olan oksigen azalır. Profilaktik tədbir: Xorultudan əziyyət çəkən insanlar ilk növbədə risq faktorlarından uzaq olmalıdırlar: yatmazdan əvvəl siqaret çəkmək, spirtli içki içmək qətiyyən olmaz. Əgər artıq çəkidən əziyyət çəkirsənsə, mütləq arıqlamağa çalış. Arxasıüstə yatmaq olmaz, ya üzüstə, ya da yan tərəfə uzanıb yat. Gecə yatmazdan əvvəl qatıq ye. Xüsusi masaj: Bu masaj yorğunluğu atmağa, nəfəs yollarının açılmasına, xorultunun yox olmasına kömək edir. Bunun üçün bədənin şəkildə göstərilən yerlərinə növbə ilə astadan masaj etmək lazımdır. Nöqtə 1 - Qan dövranı yaxşılaşır. Nöqtə 2 - Beldəki ağrılar, duz yığılmaları aradan qalxır. Nöqtə 3 - Sümüklərdəki əzginlik hissi yox olur. Nöqtə 4 - Təmiz havanın ürəyə getməsinə kömək edir. Nöqtə 5 - Ürək döyüntüsünü qaydada saxlayır. Nöqtə 6 - Rahat yatmağa kömək edir. «İ» hərfi xorultudan xilas edəcək: Həyat yoldaşım uzun müddət xoruldamaqdan əziyyət çəkib. Lap ona yazığım gəlirdi. İstirahətdə olanda qoca bir rus qadını xüsusi gimnastika məsləhət gördü. İlk vaxtlar bu məsləhətin işə yarayacağına heç inanmırdım. Sonra onun doğrudan da kömək etdiyinin şahidi oldum. Bunun üçün... Sənin xilaskarın «i» hərfidir. Gündə iki dəfə, səhər və axşam, yeməkdən əvvəl 25-30 dəfə «i» hərfini de. Ən çox bir aya xorultunun yox olduğunu görəcəksən. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ