Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Yetimə nəvaziş göstərənin alacağı savab

$
0
0
Ənəs ibni Malik nəql edir: "Bir gün İslam Peyğəmbəri (s) Mədinənin əsas yolunda irəliləyirdi. Bir yetim görür ki, uşaqlar ətrafına toplaşmışdır. Onu xar və xəcalətli edirdilər. Hər biri ona təkəbbür edir və ona əziyyət verirdilər. Biri deyirdi ki, mənim atam sənin atandan daha yaxşıdır. Biri deyirdi ki, mənim anam sənin anandan daha yaxşıdır. Həmin yetim də ağlayır və özünü torpağa sürtürdü. Həzrət Peyğəmbər (s) yetimi bu halda görəndə ona rəhm etdi və qarşısında dayanıb buyurdu: "Ey oğlan uşağı! Sən kimsən?". Uşaq dedi: "Mən Rəfayi Ənsarinin oğluyam. Atam Ühüd döyüşündə şəhid olmuşdur. Bacım var idi ki, dünyasını dəyişdi, anam ərə getdi və məni özündən ayırdı. İndi kimsəsiz qalmışam. Bundan da ağırı - bu uşaqların məzəmmətidir". Həzrət Peyğəmbər (s) uşağın sözlərindən narahat oldu, o yerə qədər ki, ağladı. Sonra buyurdu: "Qəm yemə və sakit ol. Əgər atanı öldürüblərsə, mən ki, Muhəmmədəm (s) - sənin atanam. Fatimə (s.ə) - sənin bacındır, Ayişə - anandır". Uşaq sevindi və ayağa qalxıb qışqırmağa başladı: "Ey uşaqlar! İndi ki, məni məzəmmət etdiniz, cavabını eşidin: "Atam atanızdan, anam ananızdan, bacım bacınızdan daha üstündür". Bu zaman Peyğəmbər (s) uşağın əlindən tutdu və Həzrət Fatimənin (s.ə) evinə apardı. Buyurdu: "Ey Fatimə! Bu mənim övladım və sənin qardaşındır". Həzrət Fatimə (s.ə) ayağa qalxdı və ona diqqət göstərdi. Qarşısına xurma qoydu. Ona paltar hədiyyə etdi". (Erfan) "Və səndən yetimlər(in işlərinə müdaxilə etmək) barəsində soruşurlar, de: "Onların vəziyyətinin düzəldilməsi daha yaxşıdır. Əgər onlarla bir yerdə yaşasanız (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır". ("Bəqərə" 220). İmam Sadiq (ə) buyurur: "Elə bir bəndə yoxdur ki, mehribanlıq üzündən yetimin başına əl çəkər, məgər o halda ki, Allah əlinin altından keçən hər bir tükə görə Qiyamətdə ona nur əta edər". Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ