Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

“Mona Liza” portretinin altındakı MÜƏMMA-Video

$
0
0
Fransız alimi Blez Paskal Konte iddia edir ki, Leonardo Da Vinçinin məşhur "Mona Liza"əsərinin altında bir neçə təsvir aşkar edib. Onun sözlərinə görə, portretin altında əsl Liza Gеrardinin təsvirini tapıb. Şəklin saxlanıldığı Luvr Muzeyinin əməkdaşları hələlik tədqiqatçının bəyanatını şərh etməkdən imtina edir. Çünki Konte bu muzeyin tədqiqat qrupunun üzvü deyil. O, sadəcə 2004-cü ildə sözügedən rəsmi tədqiq etmək üçün Luvrdan icazə alıb. Qeyd edək ki, Paskal Konte on ildən artıqdır ki, "Mona Liza"əsəri üzərində çalışır. Onun sözlərinə görə, müasir texnologiya rəsmin altında nə gizləndiyini görməyə imkan verir: “Şəklin alt təbəqəsində hansı rənglərin və mənzərələrin olduğunu görə bilirik. Texnologiyanın köməyi ilə şəkil soğan qabığı kimi təmizlənir və onu başqa mənzərələr əvəz edir. Bu üsulla rəsmin yaranma xronologiyasını bərpa edə bilərik”. Kontenin sözlərinə görə, gizli portretin altında azı iki təsvir var. "Mona Liza" portretinin altında Cokondanın məşhur təbəssüm olmayan, bir az yana baxan başqa bir qadın təsvir olunub. Oksford universitetinin professoru Martin Kemp yeni iddiaları qəbul etməyib. O, Paskal Kontenin rəsmin altında Liza Gerardinin əsl təsviri olduğu barədə fikrilə razılaşmayıb. Digər britaniyalı tarixçi Endryu Qrexem-Dikson isə, əksinə, fransız tədqiqatçını dəstəkləyib: "Şübhəsiz ki, bu, əsrin ən böyük kəşflərdən biridir. Əlbəttə, çoxları buna etiraz edəcək. Axı rəsmin adını dəyişmək lazım gələcək. Belə çıxır ki, “Mona Liza" portretinə əlvida deyib, başqa şəklin təsvir olunduğunu qəbul edəcəyik”. Xatırladaq ki, Leonardo da Vinçinin möhtəşəm əsəri 1503-1505-ci illərə aiddir. Bu portret italyan rəssamın ən məşhur əsərlərindən biridir. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ