Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

LSD nədir? Necə istifadə olunur? Necə təsir edir?

$
0
0
LSD adlı bir birləşmə var, Lysergic acid diethlamide, halusinogendir. Albert Hofman tərəfindən təsadüfən kəşf olunub (məqsədi qan dövranı və tənəffüs sisteminə stimuləedici maddə-analeptik almaq idi). Özü bu maddəni 2 dəfə müxtəlif dozalarda qəbul edib. Sonradan o, bu maddə haqqında "My problem child" kitabında yazıb: "Uzanmışdım, əşyaların forma və ölçüləri deformasiyaya uğramışdı, qeyri-adi görünürdü, rənglər durmadan dəyişirdi, yaşıl və göy rəng üstünlük təşkil edirdi, qəribə səslər eşidirdim, hər şeyin sallandığını hiss edirdim". "Zaman və məkan deformasiyaya uğramışdı, evə velosipedlə gedirdim həmişəkindən bərk sürsəm də, yol bitmək bilmirdi, bəzən elə gəlirdi ki, boğuluram, bəzən də heç bir səbəb olmadan qəşş edib gülürdüm". LSD əsasən oral yolla qəbul olunur, şəxsin psixikasından asılı olaraq müxtəlif effektlər verə bilər. Məsələn xoşbəxt birisi qəbul edərsə özünü "cənnət"də görə bilər, xoşbəxt olmayan isə əsasən pis xəyallar görər. Quşlarla birlikdə havada uçmaq, kosmosa getmək kimi hissləri gerçəkmiş kimi yaşada bilər. Keçmişdə həyatında özəl yeri olan bir insanı təkrar görə bilər, onunla ünsiyyət qura bilər. Yaşamış hadisələri təkrar yaşaya bilər, əşyalarla dialoq qura bilər, hər şey həmin şəxsin xəyal qurmasından asılıdır. Ölüm halı qeydə alınmasa da, beyinə və xromosoma zədələyici təsiri olduğu məlumdur. Əsas riskləri psixolojidir, "bad trip"-pis səyahət ən çox rast gəlinən əlamətdir, daha çox ilk istifadədə və doza düzgün olmayanda rast gəlinir. Şəxsin uçacağına inanıb binadan tullanması, kor olanadək günəşə baxması, gözlərini çıxartması, hətta cinayət törətməsi də mümkündür. Narkomanlar arasında geniş yayılıb, klinik istifadəsi və laborator sınaqları qadağan edilmişdir. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Pendirli Keks Resepti


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Sevilməyən Sevənlər Yazılı Şəkilləri 2020 (12)


5-ci siniflər üçün BSQ testləri


Dəyərli Sözlər Yazılı Şəkilləri 2020 (100)


Xəmsə oyunu üçün suallar paketi


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Məhərrəmlik Yazılı Şəkilləri (1)


Cümə Günü Yazılı Şəkilləri (1)


Artikl


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Maraqlı Yazılı Şəkillər (11)


"Xəmsə" - sualları


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma