Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Azərbaycanda İLK: palçıq vulkanınından qızıl tapıldı

$
0
0
Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib. Teleqraf.com xəbər verir ki, “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Po Universitetinin magistri Teymur Figarov, həmçinin Lil Universitetinin doktorantı Matieu Dupuis və magistri Dofal Antoni Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanında aparılan geoloji-geofiziki tədqiqatlar nəticəsində bu nəticə əldə edilib. AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə aparılan tədqiqatlardan alınmış nəticələr 2016-cı ilin sentyabr ayında Norveçin Tromso şəhərində keçirilmiş “Dəniz çöküntülərində qaz” adlı XIII beynəlxalq elmi konfransda təqdim olunub. Bundan əlavə, həmin nəticələr əsasında Matieu Dupuis Lil Universitetində fəlsəfə doktorluğu üzrə dissertasiyasını müdafiə edib. Araşdırmalar 2016-cı ilin mayında GGİ ilə “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib. Tədqiqatları davam etdirmək üçün 2017-ci ilin mayında tərəflər əməkdaşlığa dair yeni müqavilə imzalayıblar. A.Əliyevin rəhbərliyi ilə Şamaxı – Qobustan, Abşeron və Şirvanın cənub-şərqində bir neçə palçıq vulkanında geoloji, geokimyəvi və geofiziki tədqiqatlar aparılıb. Hazırda nəticələrə dair məqalələr hazırlanır. İki fransalı gənc tədqiqatçı nəticələrin mövzusu üzrə Lil Universitetində fəlsəfə doktorluğu və magistratura dissertasiyaları ilə əlaqədar elmi iş müdafiə etməyi planlaşdırır. Bu ilin aprel-may aylarında şöbənin əməkdaşları Abşeron, Xəzəryanı-Quba, Şamaxı-Qobustan və Şirvanın cənub-şərqində ekspedisiya işləri həyata keçiriblər. Ümumən 15 palçıq vulkanından götürülmüş nümunələr hazırda analiz olunur.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ