Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Qadınlar niyə narkoman olur?

$
0
0
Hazırda 14-17 yaşlı 5 uşaq toksikoman kimi qeydiyyatdadır. Amma müşahidələr göstərir ki, narkotik istifadəçiləri və toksikomanların yaşı getdikcə cavanlaşır. Bunu Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini, professor Bilal Əsədov deyib. B.Əsədov qeyd edib ki, narkoman kimi rəsmi qeydiyyata alınanların arasında azyaşlı yoxdur. “Uşaqlar yapışqan, benzin və bu kimi digər zərərli maddələri iyləyirlər. Onlar güclü narkoloji təsir edən dərmanlar qəbul ediblər. Bizim əsas istiqamətimiz profilaktik tədbirlərdir, çünki hər bir xəstəliyin qarşısının alınması onun müalicəsindən daha səmərəlidir”, – B.Əsədov əlavə edib. Direktor müavini deyib ki, Səhiyyə, Təhsil nazirliklərinin, Respublika Narkoloji Mərkəzin təşəbbüsü ilə bütün müəssisələrdə, məsələn, orta məktəblərdə tədbirlər keçirilir: “Çalışırıq ki, şagirdlərə, yeniyetmələrə narkomaniyanın zərərlərini çatdıraq. Bilsinlər ki, narkomaniyaya düçar olmaq asandır, amma bundan müalicə olunmaq çətindir”. Qadınlara gəldikdə isə, B.Əsədov son illər narkotikdən istifadə edən qadınların sayının artdığını təsdiqləyib: “Qadınların bəzisi həyat yoldaşı tərəfindən cəlb edilib, yəni həyat yoldaşı onları bu bəlaya düçar edib. Bəziləri isə stressdən narkotikdən istifadə etdiyini söyləyir”. B.Əsədov əlavə edib ki, narkotik istifadəçiləri arasında cənub bölgəsindən, Bakı və Sumqayıtdan gələnlər üstünlük təşkil edir.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Qaralama Yumor Yazılı Şəkillər 2019 (4)


Dəyərli Sözlər Yazılı Şəkilləri (25)


Qisas Yazılı Şəkilləri (63)


Tabeli və tabesiz mürəkkəb cümlə


Kompüterin əsas xarakteristikaları


Qadınların həzz nöqtələri


Seks haqqında bilinməyən həqiqətlər


WhatsApp Plus Aze Yukle


7-ci sinif Azərbaycan tarixi KSQ-2


Müəllim


Xatırla Məni Yazılı Şəkilləri (32)


Unutma Yazılı Şəkillər (106)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Danışıq etikası və nitq etiketləri


Seks nə vaxt vəzifəyə çevrilir?


Toy gecəsi (zifaf gecəsi) zorlama ?!


Azərbaycan tarixi 6 KSQ-4


Ümumi tarix: 7-ci sinif KSQ-1


Milyonçu oyunu üçün....


İstəmə | İmadəddin Nəsimi