Bəzi ölkələrin qəribə toy adət-ənənəsini təqdim edirik: Pakistan - toydan bir gün əvvəl qız evi bəyi sınaqdan keçirir. Ona ağır əşyalar verib daşıtdırırlar. Əgər bəy bu sınaqlardan uğurla çıxsa, qız ona ərə gedir. Mavritaniya - ərə getməzdən əvvəl gəlin 100 kiloqram olmalıdır. Oğlan evi onu toya kimi yedirdir. Əgər qız yeməzsə, onda cəzalanır. Kolumbiya - gəlinin anası toy gecə yatağın yanında oturub cütlüyə şahidlik edir. Hindistan - gəlin və bəy toy günü 4 dəfə atəşin ətrafında fırlanır. Odun kənarına bir döşəkcə qoyulur. Kim ilk olaraq həmin döşəkçəyə otursa, evdə onun sözü keçərli olur. Bosniya-Hersoqavina - toydan əvvəl bəy qız evinə çağrılır. Onunla uzun söhbət olunur. əgər bəylə söhbət qız evini razı salırsa, ona şirin, razı salmırsa, duzlu qəhvə verilir.
↧