Mən kiçik yükmaşınım ilə kənddən kəndə gəzərək qab-qacaq satan bir səyyar satıcıyam. 1973-ci ildə şərqdəki şəhərlərdən birinin mərkəzə uzaq olan kəndlərini gəzirdik. Hər zamanki kimi axşam üzəri satışı bitirib yeməyimizi yedik. Qarşıdakı çayçıya keçib çayımızı içərək yorğunluğumuzu çıxarırdıq. Çayçıdan ayrılarkən yanımıza gələn Çayçı, Gənclər qaranlıq düşdü gecə burada qalın biz gecə Şəhərə enmirik sabahı gözləyirik dedi.Məndə gülərək. Əmi sən nə deyirsən dedim. Mən hər getdiyim kənddə bir gecə qalsam ac qalaram deyərkən bir tərəfdəndə yolumu kəsə biləcək quldurlara qarşı maşında daşıdığım silahın varlığı mənə güvən verirdi. Çayçı, Yaxşı o’zaman yolunuz açıq olsun.Yalnız yolda fasilə verməyin dedi. dağların arasından bir ilan kimi qıvrılaraq gedən torpaq yol gecənin rütubəti ilə yaxşıca yumuşalmışdı. maşının təkərlərinin çıxartdığı səs eşidilmirdi. Kənddən ayrılalı 20 km olmamışdıki gözüm göstərici cədvəlindəki hərarət göstəricisinə dəydi.Göstəricinin əqrəbi azqala sona dayanmışdı. Lənət olsun bu köhnə avtomobilə deyə düşünərək önümdəki son enişə çıxdım.Eyni zamanda Tam təpədə yolun sağında Ağacların arasında bulaq gördüm. Maşını bulağa yaxın saxlayıb, oturacağın altından bidonu alarkən yoldaşımın yatdığını gördüm. Maşından enib bulağa doğru gedərkən ağacların qəribə bir küləklə sallandığını Hiss etdim.İstər istəməz qorxdum və çayçının sözlərini xatırladım. Tələsik bidonu doldurdum avtomobilə gedərək motor qapağını açıb suyu doldurmağa başladım.Eyni anda arxamda birinin olduğunu hissetdim.Və çiynimdə bir əlin. O’an qeyri ixtiyari ön şüşədən içəriyə baxdım. Dostum yatırdı hələdə.Bir anda kürəyimdən soyuq Bir tər axdı. Arxama döndüm. Gördüyüm şey qarşısında az qala öləcəkdim. Qarşımda gəlin paltarı geyinmiş və çox gözəl bir qız dayanırdı. şirin bir səs tonuyla “Salam Mənidə getdiyiniz yerə apara bilərsən dedi”. Mən gecənin bu vaxtı onun belə kimsəsiz bir yerdə tək başına nə axtardığını düşünərək Maşına minə biləcəyini dedim.Mən şofer qapısına tərəf gedərkən oda sağdakı qapıya tərəf getdi.Mən oturacağa hələ oturmamışdımki sağ qapının dostum tərəfindən kilitli olduğunu gördüm.Uzanıb qapını açacağam zaman qız ilə Göz gözə gəldik.Gözleri qıpqırmızı idi, hirs ilə qapını silkələməyə başladı.Mən dərhal öz qapımı bağlayıb kilitlədim, o’zaman yuxusundan oyanmış olan dostumun xəbərdarlığı ilə açıq unutduğum şüşəni bağlamaq istədim. Lakin çox gec idi.Mənim olduğum tərəfə gələn qız yarı açıq olan şüşəni əlləriylə tutaraq bağlamama mane olurdu. Üzünü şüşəyə yapıştırmışdı.Dişləri qapqara idi. şüşəbi tutan əllərinə baxdım. Dırnaqları çox uzun, ucları iti və aşağı doğru burulmuşdu. Mən can hayında avtomobili işə saldım.İlərləməyə çalışarkən, sol çiynimdə güclü bir ağrı hissettim.Dönüb baxdığımda sol çiynimə batan dırnaqlarını gördüm. Qız Əcaib səslər çıxarırdı və maşını dayandırmağa çalışırdı.Qaza yükləndim amma hərəkət edə bilmədik təkərlər olduğu yerdə boşa fırlanırdı.İkimiz birlikdə yüksək səslə dua oxuyurdu. Birdən maşın irəliyə doğru atıldı.Qızın dırnaqlarının maşına sürtərkən çıxartdığı səsi eşitdik.Güzgüdən baxdığımda onun ayaqlarını açmış, qollarını irəliyə uzatmış bir halda dayandığını gördüm. Eləbil onuda aparmamığımız üçün bizə yalvarırmış kimi bir halı vardı. Sabah kəndə endik, çayçını tapıb ona hadisəni izah etdik. Sizin yaşayır olmanız Böyük bir möcüzədir, çünki qızı görən və həyatda qalan adam sayı çox azdır dedi.Bu qızı illər əvvəl bizim getdiyimiz kənddə evləndiyi gecə qaçırıb zorlayıb işgəncə ilə öldürmüşlər. Cəsədini 3 gün sonra bizim dayandığımız yerə yaxın bir yerlərdə yol kənarında tapmışlar. üzərində cırılmış və qanlı gəlinliyi ilə.Bu hadisədən sonra səyahətlərimi həmişə gündüz edirəm. Mir.Az
↧