Yumurta tərkibindəki kalsium və protein sayəsində olduqca faydalı bir qidadır. Aparılan son araşdırmalara görə, yumurtanın qabığında kalsium miqdarı daha çoxdur. Qaynadılan yumurtanın suyunun sağlamlıq cəhətdən faydalı olduğu deyilir. Sümük əriməsi və sümük ağrıları Yumurtanı qaynatdığınız suyun içərisində yumurtadan daha çox kalsium var. Bu səbəblə, sümük əriməsi və sümük ağrısı kimi problemlərə olduqca faydalıdır. Daha canlı və gözəl saçlar Qaynatdığınız yumurta suyunu saçlarınıza tökün. Bu saçlarınızın daha canlı görünməsinə kömək edəcək. Xüsusilə, quru saçlarda daha effektlidir. Bitkilər üçün də faydalıdır Yumurta suyunun içərisindəki kalsium bitkilər üçün də vacibdir. Sadə su yerinə qaynadılmış yumurta suyunu töksəniz, bitkiləriniz daha tez böyüyəcək. Ərpi təmizləyir Qazan və çaydanda yapışıb qalmış ərpi yox etmək üçün qaynadılmış yumurta suyu istifadə edə bilərsiniz. Qabın içərisinə yumurta qabıqlarını alıb qaynadın. İçərisinə sirkə tökün. Ərpin aradan qalxdığını görəcəksiniz.
↧