Quantcast
Viewing all articles
Browse latest Browse all 2950

Məşhur Yekaterinanın məhəbbət tarixçəsi

Yekaterina ilə Potyomkinin macərasının kulminasiya nöqtəsi Moskvaya uzun-uzadı səyahətləri oldu. Onlat türklər üzərində qələbəni və Puqaçov üsyanının yatırılmasını qeyd etmək niyyətində idilər. 1775-ci ilin yanvarında imperatriçə Potyomkinlə birlikdə Rusiyanın paytaxtını gəzməyə çıxır. Sevgililər hər yerdə birlikdə görünürdülər. Onlar Moskva ətrafındakı Çyornaya Qryaz kəndinə də birlikdə getmişdilər. Yekaterina burada möhtəşəm bir saray tikdirmək istəyirdi. Bu tikintinin şərəfinə yerin adını dəyişdirib Çariçıno qoyurlar. İyulda Xodınsk çölündə düzənlənən bayramda Potyomkin özü özünü ötüb keçir. Ərazidə park salınır, “Don” və “Dnepr” adlı kiçik çaylar çəkilir, qəsrlər, minarələr ucaldılır. Fişənglər səmada imperatriçənin venzelini (ad və familiyanın baş hərflərinin bir-birinə keçirilərək qəşəng yazılışı – tərc.) yazırdı. On minlərlə qonaq fəvvarələrdən şərab içir və şişdə qızardılmış öküz və qoyuna qonaq olurlar. Gizlədilən qanunsuz “vərəsələr” İyulun on ikisində imperatriçə ağrılarının başlaması səbəbindən bayram şənliyini tərk edir və iki gündən sonra bir qədər də yaxşılaşmış, qədd-qaməti düzəlmiş halda gəlib çıxır. Sonralar Yelizaveta Qriqoryevna Tyomkina adı ilə tanınan qız məhz bu günlərdə dünyaya gəlmişdi. O, qraf Samoylovun ailəsində böyümüşdü və Potyomkin həmişə ona diqqət və qayğı göstərirdi. Şayiələr gəzirdi ki, bu, Yekaterinanın o zamanki adətə görə, atasının qısaldılmış familiyasını daşıyan qızıdır. Doğrudur, çariça özü Tyomkina ilə maraqlanmırdı, lakin o, Qriqori Orlovdan olan oğluna – Bobrinski qafına da elə böyük diqqət ayırmırdı. O da başqa bir ailədə tərbiyə almışdı. Gizli ər statusu Potyomkini sakitləşdirmədi: o, imperatriçəyə qarşı daha sərbəst, bəzən isə hətta kobudcasına davranmağa başladı. Görüşləri getdikcə azalırdı: indi o, təkcə axşamları deyil, gecələri də kart stolunun arxasında keçirirdi və onun başqa qadınlarla əlaqələri haqqında şayiələr imperatriçəyədək gəlib çatırdı. Ancaq daha pisi hələ bu deyildi: rus nağıllarının qəhrəmanları kimi bu həyatda hər şey əldə edən və daha çatacaq bir zirvə qalmadığını anlayan Potyomkin açıq-aydın darıxmağa başlamışdı. Potyomkin öz qohumu Engelqardtla nahar süfrəsi arxasında etiraf etmişdi ki, “məndən xoşbəxt insan ola bilərmi? Mənim bütün arzularım, bütün istəklərim sanki bir sehrbazın çubuğu ilə gerçəkləşib. Mən yüksək rütbə tutmaq istəyirdim - buna nail oldum; ordenlər almaq istəyirdim – aldım; qumar oynamağı sevirdim – istənilən qədər uduza bilərəm; ləl-cəvahirat sevirdim – məndə olan nadir, gözəl zinətlər heç kimdə yoxdur. Bir sözlə, bəxtəvərəm”. Potyomkin bu sözləri deyib stolun üstündən çox qiymətli servisin boşqabını göturub döşəməyə tolazladı və yataq otağına çəkildi. Yekaterina uzun müddət sevgilisinin halındakı dəyişikliyin səbəblərini anlaya bilmirdi. Gah hədiyyələrlə könlünü anlamağa çalışır, gah nəvaziş göstərir, gah da əksinə, kobud şəkildə məzəmmət edirdi. Bir-iki gün barışırdılar, sonra o, yenə melonxoliyaya qapılır, sarayda ruh kimi dolaşırdı. Nəhayət, Yekaterinanın alman qanı özünü göstərdi: o, Potyomkinə başa saldı ki, ayrılmalıdırlar. Lakin çariça onun məsləhətlərindən məhrum olmamaq və yaxud da sadəcə, ona hələ də əziz olan surəti hər gün seyr edə bilmək üçün Potyomkini “tam istefaya göndərmədi”. Bəzən belə də olur... Qarşılıqlı razılığa əsasən qərara alındı ki, o, sarayı tərk edəcək, lakin istənilən vaxt ora gəlmək hüququnu saxlayacaq və ən başlıcası Yekaterinaya layiqli sevgili tövsiyə edəcək. Belə də olur: 1775-ci ilin dekabrında Pyotr Zavadovski – o qədər də gənc olmayan yaraşıqlı general artıq Yekaterinanın qonağı idi. Onun parlaq isdedadı olmasa da, Potyomkinə sonsuz sədaqəti vardı. Potyomkinin Rusiyadakı və xaricdəki düşmənləri onun hakimiyyətdəki mövqeyinin zərrə qədər də azalmadığını görüb çox məyus olmuşdular. Minlərlə kəndlisi olan yeni torpaqlar onun sərəncamına verilmişdi. Keçmiş favoritinin mükafatlara olan sevgisini bilən Yerkaterina əksəriyyəti ilə qohumluq əlaqələri olan Avropa hökmdarlarına üz tutub Potyomkini ali ordenlərlə təltif etməklərini istəmişdi. Yekaterina onu hətta Kurlyandiya hersoqu etməyi də planlaşdırmışdı. Ancaq onun bu niyyəti baş tutmadı, çünki Qriqori gözlənilmədən bəyan etdi ki, artıq imperatriçadan belə hədiyyələr qəbul etmək istəmir. “Aradüzəldən” rolu birdən-birə ona həqarətli görünmüşdü və o, çox böyük ümidsizliyə qapılaraq imperatriçəni qısqandırmağa çalışırdı. Özü isə “görünməmiş əxlaqsızlığa” qurşanmışdı. Gah Zavadovskinin saraydan qovulmasını tələb edir, gah da təşrifinə razılıq verirdi. Günlərin birində isə monastıra çəkilməyi qərar alır: “Bir halda ki, mənə Sizin hüzurunuzdan qovulmaq nəsib olub, yaxşısı budur ki, bu, çox az adam içində baş versin. Ləngimədən geri çəkilirəm, halbuki bura mənimçün yaşamağa bərabərdir”. Axırda nəhayət ki, Yekaterina Potyomkini tatar hücumları üzündən insansız qalan Novorusiyanın general-qubernatoru təyin edərk saraydan göndərməyi qərara alır. Novorusiya necə salındı... Növbəti bir neçə ildə Qriqori Aleksandroviç Peterburda, demək olar ki, görünmədi. O, çox böyük işlər gördü: qala tikməkdən tutmuş mallara qiymətlətin qoyulmasına kimi. Onun səyi ilə Novorusiya torpaqlarında bəzi vergilər ləğv olunmuşdu. Bu səbəbdən də nəinki rus və ukraynalı kəndlilər, həmçinin yadellilər də - yunanlar, bolqarlar, serbiyalılar, yəhudilər də buraya can atırdılar. İmperatriçə isə bu aralar favoritlərini tez-tez dəyişirdi: Zavadovskini Yermolov tezliklə oyundan çıxarır, sonra Zoriç, sonra gənc, vaxtsız vəfat etmiş Aleksandr Lanskoy (onun ölümünü də Yekaterinanın sevgi acgözlüyü ilə bağlayırdılar). Bu dövrənin mexanizmini əvvəllər bir müddət Potyomkinin katibi olmuş fransız Sen-Jan açır: “Knyaz çoxsaylı əlaltılarının verdiyi məlumatlar əsasında özünün də iki il ərzində tutduğu mövqeyi tutmaq üçün zəruri keyfiyyətləri olan gənc zabitləri axtarıb tapırdı. Sonra o, namizədlərin portretlərini sifariş verir və onları imperatriçənin seçiminə təqdim edirdi”. Bu, göstərir ki, Yekaterina əvvəlki kimi təkcə Potyomkinə etibar edir və onu eşidirdi. Hamı bunu bilirdi və buna görə də xarici səfirlər nazir və senatorların deyil, məhz onun yanına gəlir, mühüm kağızları göndərir, incidilənlər də şikayətə məhz buraya üz tuturdular. Potyomkinin səyi ilə Qara dəniz donanması sıfırdan yenidən yaradıldı. Mənlumdur ki, bu, hələ I Pyotrun arzusu idi. Yeni Odessa və Nikolayev şəhərləri gəmiqayırmanın mərkəzlərinə çevrildilər. Novorusiyanın insan yaşamayan düzlərində başqa şəhərlər də - Yekaterinoslav, Herson, Mariupol şəhərləri də salındı. Rus məskənləri getdikcə Krıma daha çox yaxınlaşırdılar. Potyomkin Yekaterinaya yazırdı: “Elə bilin ki, Krım artıq sizindir və “burunun üstündəki həmin ziyillər artıq yoxdur” – budur, sərhədlərin vəziyyəti əladır”. 1783-c ildə sonuncu Krım xanı Şahin Gəray xan hakimiyyətdən uzaqlaşdırılır. İmperatriçə verdiyi manifestlə Krımı Rusiya torpağı elan edir və adını dəyişdirərək Tavriya quberniyası (Tavriçeskaya quberniya) adlandırır. İmperatriçənin fərmanı ilə Potyomkinə Tavriya knyazı titulu verilir. 1787-ci ilin yazında Yekaterina yeni torpaqlarına baxmaq üçün, bəlkə də Qrişenkasından ötrü darıxdığından cənuba səyahətə yollanır. Onu xidmətçilər karvanı müşayiət edirdi. Hətta Müqəddəs Roma imperiyasının imperatoru II İosif də Yekaterina ilə gedirdi. İmperatriçə yeni torpaqlarını ona göstərmək istəyirdi. Mənzərə gözləniləndən daha heyrətamiz idi - əvvəllər uzanıb gedən çılpaq düzənlərdə xeyli əhali yaşayan şəhərlər, kəndlər, əkin sahələri salınmışdı. Hər şeydən şübhələnən, ehtiyat edən xaricilər də hətta etiraf edirdilər ki, gözləri qarşısında sərgilənən bu əlvan dekorasiyanı çariçanın göstərişi ilə Potyomkin yaratmışdı. Saksoniya səfiri Gelbrix qayıdan kimi bu barədə kitab yazır və ilk dəfə “Potyomkinin kəndləri” ifadəsini də o, işlədir. Əlbəttə, görüntü üçün olan işlər də vardı: hökmdar kortecinin keçdiyi yerlərdə təcili olaraq hasarlar boyanmış, sakinlər isə qəşəng paltarlar geymişdilər. Ən başlıcası isə Novorusiyanın məskunlaşdırılması və onun abadlaşdırılmasını hörmətli knyaz nə qədər istəsə də saxtalaşdıra bilməzdi. Bu, Sevastopolda xüsusilə nəzərə çarpırdı. Burada rus donanması qonaqların qarşısına bütün toplardan yaylım atəşi açaraq döyüş nizamı ilə çıxdı. Səyahətin iştirakçısı olmuş fransız prinsi de Lin yazırdı: “İmperatriçənin səyahətini möcüzə adlandırmaq olar. Demək olar ki, hər addımda gözlənilməzliklərlə qarşılaşırdıq. Bir tərəfdə eskadraları (hərbi-dəniz donanması gəmilərinin böyük birləşməsi – tərc.), o biri tərəfdə atlı dəstələri, başqa yanda bir neçə verst yayımlanan işıqfəşanlıq, burda isə bir gecədə salınmış bağlar!” Süqut onu da haqladı... Potyomkinin “ulduz saatı” həm də onun gözdən düşməsinin başlanğıcı oldu. Elə həmin yay Türkiyə ilə yeni savaş başladı. Potyomkinin qoşunu sayca az idi, döyüş sursatı da çatışmırdı, üstəlik bədbəxtlikdən onda malxülyanın növbəti kəskin tutmaları da başlamışdı. O, donquldanırdı ki, hər şey məhv oldu, müharibə uduzulmuşdur və yaxşısı budur, Krımı türklərə geri qaytaraq. Doğrudur, Potyomkin türklərin qalasını ələ keçirə bilir, lakin buna yarım il vaxt sərf etməli oldu. Qələbə ilə Peterburqa varid olan general hiss edir ki, imperatriçə onunla nəzakətlə, lakin soyuq davranır. Tezliklə Qriqori Aleksandroviç öyrənir ki, bu soyuqluğun səbəbi Platon Zubov adı idi. Yaraşıqlı poruçik Yekaterina ilə cənub səyahətində tanış olmuş və tədricən imperatriçəninən yaxın adamına çevrilmişdi. Poruçikin 22, imperatriçənin isə 60 yaşı vardı. Zubov onun sevgilisi olduqdan sonra öz mövqeyinin sabitliyinin təminatını çariçanın bütün əvvəlki favoritlərini və ilk öncə də Potyomkini ləkələməkdə gördü. Hərbi uğursuzluqlar da, Novorusiyadakı qarışıqlıq da, onun yaxınlarının xəzinəni qarət etməsi də Potyomkinin ayağına yazılırdı. Sözsüz ki, Zubovun söylədiklərinin heç də hamısı yalan deyildi: hətta o dövrkü zahiri dəbdəbə zamanında belə Potyomkinin davranışı qıcıq oyadırdı. Onun qonağı olan general Lanjeron xatırlayırdı ki, hara baxsan qızıl və gümüş parıldayırdı. Knyaz gümüşü saplarla toxunmuş, gümüşü saçaqlarla haşiyələnmiş, lent və güllərlə bəzədilmiş çəhrayı örtük çəkilmiş divanda zərif və bahalı ev paltarında öz libaslarından daha gözəl olan qadınların əhatəsində oturmuşdu. Onların qarşılarında isə qızıl külqabı vardı. Otağın ortasında qızıl qablar düzülmüş şam stolu qoyulmuşdu”. Potyomkinin hərəmxanası Yekaterinanın gözlərini generalın şəxsi həyatına da açdılar. Əgər imperatriçə kişisiz ötüşə bilmirdisə, o da qadınsız həyatı ağlına sığışdıra bilmirdi. Admiral Senyavinin qızı, Polşa generalının arvadı, gələcək Pototsk qrafinyası Sofya de Vitt, hətta İtaliya kahininin arvadı, Peterburqa cəmi bircə həftəliyə gəlmiş Kaliostro da onun məşuqəsi olmuşdu. Ərinə sədaqətdə ad çıxarmış sonuncu qadını Potyomkin yoldan çıxaracağına mərc gəlmişdi. Lakin əsas qalmaqal Potyomkinin öz doğma bacısı qızlarından düzəltdiyi hərəmxana oldu. Qriqori Aleksandroviç onları bacılarının vəfatından sonra özü tərbiyə eləmişdi, həm də təlim-tərbiyə kursuna əks cinslə münasibət elminə dair kurs da daxil idi. Bir neçə ildən sonra bacıların böyüyünü çox zəngin və dəbdəbəli cehizlə ərə verdilər. Onun yerini yaşca növbəti bacı tutur. Bütün bunlar hər gün bir az daha çoxalan dedi-qodu üçün çox böyük material verir və Potyomkinin başı üzərində hökmdar qəzəbinin partlayışı hədəsini də getdikcə daha da artırırdı. O, sevimli silahı – comərdliklə müdafiə olunmaq qərarına gəlir. 1791-ci ilin yazında Yekaterina və üç min nəfərlik saray əyanı üçün paytaxtın Tavriya sarayında dəbdəbəli bayram təşkil edir. Peterburq hələ belə bayram görməmişdi: “Böyük və nəhəng çilçıraqlar parıltını ikiqat artırırdı. Hər yanda parlaq ulduzlar və yaqut, zümrüd, topaz daşların ətrafa səpələnən şəfəqləri bərq vururdu. Saysız-hesabsız güzgülər və billur piramidalar bu sehrli mənzərəni əks etdirirdi. “Doğrudanmı biz əvvəl olduğumuz yerdəyik?”, - deyə imperatriçə təəccüblə Potyomkindən soruşmuşdu. Qəzəb sönür: Yekaterina yaşa dolmuş və kökəlmiş knyazda əvvəlki qocaq, təcrübəli və ağıllı favoriti gərərək Qriqori Alekseyeviçi yubanmadan rumın şəhəri olan Yassaya gedib türklərlə sülh bağlamağa göndərir. 1791-ci ilin yağışlı payız günü idi. Yolda Potyomkini qızdırma tutur və o, Yassaya tamam xəstə halda gəlib çatır. Bir neçə gündən sonra vəziyyəti daha da pisləşir. Ancaq şahidlər söyləyirdilər ki, o, hələ də öz həyatı uğrunda mübarizə aparırdı və son yeməyində böyük bir sala dilimi, bütöv bir qaz, bir neçə cücə yeyir, inanılmaz qədər kvas, bal və şərab içir. Və dərhal sonra onu Nikolayevə aparmalarını əmr edir. Lakin yolda qəfildən müşayiətçilərə deyir: “Bəsdir! Artıq gediləsi bir yer yoxdur: mən ölürəm. Məni faytondan düşürün, yerdə ölmək istəyirəm”. Onun istəyi yerinə yetirilir və oktyabrın 5-də Tavriya knyazı gözlərini əbədi yumur. Potyomkinin cəsədini Hersona aparıb özünün tikdirdiyi baş kilsədə dəfn edirlər. Potyomkindən beş il çox yaşayan Yekaterina alman baronu Qrimmə ünvanladığı məktubda onun ölümü haqda belə yazırdı: “Dünən sanki baltanın küt tərəfi ilə başıma bir zərbə endirdilər... Şagirdim, dostum, demək olar ki, səcdəgahım knyaz Potyomkin Tavriçeski vəfat etdi. O, yüksək əqlə, nadir zəkaya və çox gözəl ürəyə malik bir insan idi”. Bu sözlər göstərir ki, impratriçənin qəlbindəki keçmiş sevgi hissi artıq çoxdan özünü başqa bir duyğuya vermişdi. Lakin məhəbbət nifrətə deyil, sakit bir ehtiram hissinə güzəstə getmişdi. Eynilə belə bir dəyişiklik Potyomkində də baş vermişdi, son nəfəsinədək o, vətəninə və imperatriçəyə sadiq qalmışdı. Məhz buna görə də onlar tarixə əl-ələ verərək Rusiyanı yaradan böyük insanlar kimi daxil olublar. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bəzəkli hərflər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Tarixdən dərs nümunələri


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Bu xəbəri kişilər oxusun - Saqqallı, yoxsa saqqalsız?


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


"Xəmsə" - sualları


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


WhatsApp Plus Aze Yukle


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma


Artikl


5-ci siniflər üçün BSQ testləri


Dostluğa aid şəkillər - Foto (1)


Məhərrəmlik Yazılı Şəkilləri (1)


Dəyərli Sözlər Yazılı Şəkilləri (25)


Açıq testlər


Xəmsə oyunu üçün suallar paketi