Googol, riyaziyyatdakı böyük rəqəmlərdən biridir və 10^100-ə bərabərdir. Başqa sözlə, 1 googol, 1 rəqəminə 100 sıfır əlavə edərək yazılır. Bu termin Amerikalı riyaziyyatçı Edvard Kasner-in qardaşı oğlu Milton Sirotta (1929-1980) tərəfindən 1938 ildə istifadə edilməyə başlanmışdır. Milton bu zaman doqquz yaşı vardı. Kasner bu anlayışı Riyaziyyat və Xəyal Gücü adlı kitabında da ələ almışdır. Googol böyüklük dərəcəsi baxımından 70 faktorial-a bərabərdir (70! Təxminən 1.198 googola bərabərdir və yalnız iki sadə vuruğa malikdir (hər birindən biri 100 dənə olmaqla 2 və 5 ədədlərinə). İkilik say sistemində 1 googol 333 pillədən ibarətdir. Googolun riyaziyyata çox faydalı olduğu deyilə bilməz. Googolun ənənəvi yazılşı bu şəkildədir: 1 googol= 10^100= 10, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000, 000 1 rəqəminin ardınca gələn bir googol qədər sıfırla yazılan rəqəmə googolplex adı verilir. Bu say 10 üstü bir googol kimi də ifadə etmək olar: 10^1googol= 10^(10^100) "Cosmos" adlı sənədli filmi səsləndirən fizikçi Karl Sagan googolplexin kağız üzərində yazılmasının mümkünsüz olduğunu irəli sürmüşdür. Bunun səbəbi rəqəmin kainatın tutduğu ümumi sahədən böyük olmasıdır. Mir.Az
↧