Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Ən tənbəl, təhsilə çox pul xərcləyən, ən alkoqolik, ən uzunömürlü xalqlar

$
0
0
Dünya ölkələri ilə bağlı bilinməyən gerçəklərin toplandığı ayrı-ayrı kitablardan seçmələri Türkiyənin “Sabah” qəzeti təqdim edib. Ən çox ölüm Əfqanıstanda baş verir.. Ölüm faizinin ən çox olduğu ölkə Əfqanıstandır. Eyni zamanda ən çox uşaq ölümlərinin yaşandığı ölkə də Əfqanıstandır. Əfqanıstan kişiləri ən azı 43.5 yaşına qədər yaşamağı xəyal edir. Bu isə dünyadakı ən aşağı ömür həddi olaraq bilinir. Zimbabvedəki qadınlar üçün ən yüksək yaş həddi 43.6 ildir. Yapon qadınlar isə zimbabveli həmcinslərindən fərqli olaraq 86 il yaşayırlar. Təhsilə ən çox pul xərcləyən xalq.. Kuba təhsilə ən çox pul xərcləyən ölkə sıralamasında birinci yeri tutub. Amma buna qarşılıq olaraq, dünyanın ən yaxşı 15 universiteti İngiltərə və Amerikadadır. Ən tənbəl xalq fransızlardır.. Fransa sakinləri dünyanın ən tənbəl insanları seçilib. Aparılmış araşdırmaların nəticəsinə görə, fransızlar hər gecə ən azı 9 saat yatırlar - bu da Yer kürəsinin yerdə qalan əhalisinin yatdığı vaxtdan çoxdur. Misal üçün, yaponlar və çinlilər orta hesabla 8 saat yatdığı halda britaniyalılar 7,5 saatını yuxuda keçirir. Tənbəllik sırasında ikinci yeri 8,5 saat yatan amerikalılar tutur. Üçüncü yerdə isə ispaniyalılar qərarlaşıb. Araşdırmalar nəticəsində fransızların daha bir xüsusiyyəti ortaya çıxıb. Beləliklə, məlum olub ki, fransızlar sutkanın 2 saatını yeməyə sərf edirlər. Ümumilikdə fransızlar hər zaman harasa tələsən və tələsik qidalanmağa üstünlük verən insanları anlamırlar. Bu xüsusiyyətə görə fransızlardan sonra Yeni Zelandiya və Yaponiya əhalisi gəlir. Onlar da yeməyə 2 saata yaxın vaxt sərf edirlər. Ən çox içki içən xalq.. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada əhalisi ən çox spirtli içkidən istifadə edən ölkələrlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticələri gözlənilməz olub. Araşdırma zamanı məlum olub ki, Moldova hər il adambaşına içilən 10 litr alkoqollu içki ilə Avropada birinci yerdədir. İkinci yerdə Lüksemburq, üçüncü yerdə Estoniya çıxıb. Əhalisi ən çox içki içdiyi düşünülən Rusiya isə gözləntilərin əskinə olaraq ilk yerlərdə deyil, 20-ci sırada qərarlaşıb. ÜST-nin hesabatına görə, son illərdə rusların 2/3-si alkoqollu içkidən istifadəyə son qoyub. Həm də artıq içki içən ruslar bel sərt alkoqollu içkiləri sevmir, ucuz deyil, bahalı alkoqollu içkilərə üstünlük verirlər. Rusiyanın siyahıdakı qonşuları Danimarka, Xorvatiya və Böyük Britaniya olub. Türkiyə ən az alkoqollu içki içilən ölkələrdən biri olaraq göstərilib. Norveç, İsveç və İslandiya kimi Skandinaviya ölkələri də siyahının aşağı pillələrində yer alıb.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Mənə naz et | Əliağa Vahid


Maraqlı Yazılı Şəkillər (11)


Göy üzündə neçə ulduz var?


Qələm Yazılı Şəkilləri (38)


ID Photos Pro Yukle


Alov haqqında 3 maraqlı fakt


Nootroplar nədir?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Toy gecəsi (zifaf gecəsi) zorlama ?!


Seks haqqında bilinməyən həqiqətlər


Xəmsə oyunu üçün suallar paketi


Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (203)


Artikl


Həftədə azı 2 dəfə sekslə məşğul olun - 26 FAYDASI


Bürclər Haqqında Maraqlı Məlumatlar (412) - Foto


Qızlar üçün Dəbli Saç Modelləri (2)


Bərəkallah ustadına


Eşq yoxsa Ehtiras? (+18)