Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Adnan Oktar haqqında bilmədikləriniz FOTOLAR

$
0
0
1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. Orta təhsilini Ankarada bitirir. Orta məktəb illərində tanınan İslam alimlərinin əsərlərini oxuyaraq İslam dini haqqında biliklərini gücləndirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olmuşdur. Həbs olunması və ağıl xəstəxanasına salınması "Yəhudilik və Masonluq" kitabını yazması Türkiyədə böyük əks-səda doğurur. 1986-cı ildə həbs olunur. Özünün dediyinə görə həbs olunmağına səbəb işlətdiyi "Türk xalqındanam, İslam millətindənəm" cümləsi olmuşdur. 9 ay həbsdə qaldıqdan sonra ağıl xəstəliyi səbəbilə Bakırköy Ağıl Xəstəlikləri xəstəxanasına, ağır ağıl xəstəsi olan 300 nəfərin müalicə aldığı, cinayətlərin tez-tez baş verdiyi 14A korpusuna salınmışdır. Bu hadisə mətbuatda böyük əks-səda doğurur.Bu xəstəxana Türkiyənin ən qaranlıq və qapalı xəstəxanalarından biridir.10 ay da xəstəxanada qaldıqdan sonra prokurorun "ifadələrində cinayət məsuliyyəti yoxdur" deməsilə buradan azadlığa buraxılmışdır. 2000-ci ildə Türkiyə Silahlı Qüvvələri Gülxanə Hərbi Tibb Akademiyası tərəfindən "sağlamlığı haqqında tibbi arayış" verilmişdir. Tənqidlər İlk dəfə 2006-cı ildə çap edilmiş "Məxluqların xəritəsi" kitabı dünyada ateist bioloqlar arasında geniş tənqid hədəfinə çevrilmişdir. Ultratəkamül nəzəriyyəsinin banilərindən biri olan Richard Dawkins kitabı nəzərdən keçirərək onun sadə faktlardan irəli gələn yanlışlıqlarla dolu olduğunu, o cümlədən su ilanını ankvil balığı kimi səhv identifikasiya edildiyini (birinci sürünən, ikinci isə balıqdır), bir çox müasir heyvan növlərinin səhv adlandırıldığını bildirmişdir. Kaliforniya, Berkli Universitetindən bioloq Kevin Padian yazır ki, bu kitabı almış insanlar onun ölçüsünə və tirajı valeh olmuşlar və əlavə edir ki, vaxt keçdikcə növlərin dəyişməsi haqqında bizim bildiklərimizə dair onun [H.Yəhya] hətta təsəvvürü belə yoxdur. Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsi öz hesabatında qeyd edir ki, "Bu kitabdakı arqumentlər heç bir elmi sübuta söykənmir, kitab təkamül nəzəriyyəsinin elmi təkzibi yox, primitiv teoloji əsərdir. Bioloq PZ Myers yazır: "Kitabın əsas obrazı təkrarçılıq və tavtologiyadır: kitab daşlaşmış heyvan qalıqları ilə müasir canlı heyvanların şəkillərini müayisə edərək iddia edir ki, heç bir dəyişiklik yoxdur və buna görə də təkamül nəzəriyyəsi səhvdir. Mahiyyətcə səhv olan bu fikir dönə-dönə təkrarlanır. Şəkillərin hamısı isə yumşaq desək oğurluqdur. Kitabın Fransada yayılması radikal islam haqqında geniş mübahisələrə səbəb olmuşdur. Fransanın təhsil naziri Gilles de Robien "nazirliyin hazırladığı tədris planı ile uyuşmayan" bu kitabın bütün məktəb kitabxanalarından yığışdırılması haqqında göstəriş vermişdir. Milli ümumtəhsil Müfəttişliyi Paris Universitetində Təkamülçü biologiya üzrə professor Hervé LeGuyaderə müraciət edərək kitabın ətraflı təhlilini istəmişdir. H.LeGuyaderin göndərdiyi təhlildə: "bu kitabın Anglosakson kökənli kreatonist yanaşmalardan daha təhlükəli olduğunu, məlumatsız xalq kütlələri üzərində böyük təsirə malik ola biləcəyini" vurğulanmışdır. Bundan başqa kitabın elmi məzmununun "gülünc dərəcədə bəsit" olduğu qeyd edilmişdir. Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzindən Jacques Arnoulta görə H.Yəhya bu kitabında kreatonist arqumentlərini formalaşdırarkən etibarsız mənbələrə istinad etmişdir. Bu mənbələr içərisində təkümülü dəstəkləyən məqalələrin təhrif edilməsindən də qaçılmamışdır. Ona görə də bu kitab zərərli nəticələr doğuran intellektual saxtakarlıqdan başqa bir şey deyildir. Erməni xalqını türklərin qardaşı adlandırır və Ermənistan-Türkiyə sərhəddinin qeyri-şərtsiz açılmasını tələb edir. Bu barədə o sahibi olduğu Kanal 9 telekanlaında özünün müəllifi olduğu verilişdə açıq bildirmişdir.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Artikl


İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər


"Xəmsə" - sualları


Xəmsə oyunu üçün suallar paketi


Vecsiz Qadın Yazılı Şəkillər (5)


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Üzük hansı barmaqda hansı mənanı verir? - FOTOLAR


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Hamiləlik zamanı seks (18+)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Bacı - Qardaş Yazılı Şəkilləri (1)


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma