Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2017-ci ildən sonra dünyanın ictimai-siyasi, mənəvi mənzərəsinin dəyişəcəyini də ehtimal edib. Kor kahinin bir çox proqnozları uzun müddət insanlardan gizli saxlanıldı. Çünki dövrün siyasi mənzərəsini dəyişən bəzi hadisələr barəsində uzun illər əvvəl verdiyi proqnozların düz çıxması xüsusi gücləri qorxuya saldı. Lakin haradasa 10 il bundan əvvəl çapdan çıxan “Kor kahin Vanqa” kitabında onların bəziləri “oğurlanaraq” səhifələrdə özlərinə yer tapdı. “Ölən insanlar əslində, həyata, yaşama davam edirlər. Onlar aramızdadırlar. Bizi sevirlər və həyatın əbədi gerçəklərinə çatmamız üçün bizə yardımçı olmağa çalışırlar. Bundan ötrü onlara həqiqətən, minnətdar olmalıyıq”. Vanqa ruh və ölüm haqqında kitabın başqa yerində bu cür danışır: “Ruhların hara gedəcəyini bilsəydiniz, bir gün də artıq yaşamazdınız. Əgər ölümü arayıb, ona doğru vaxtından tez getmək istəsən, bil ki, bu mümkün olmayacaq. Ruhunun bədəndə durması üçün ayrılan zaman tamam olana qədər sağa-sola vurnuxacaqsan və yalnız vaxt, zaman yetişəndə ruh səfər edəcək. Vaxt-vədə yetişən zaman ruhuna qapı açacaqlar və səni qəbul edib, ayrılmış bir yerə aparacaqlar”.
↧