Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Zeyqarnik effekti

$
0
0
Bir dəfə psixoloq, tədqiqatçılar Levin ve Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı. Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir. Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır. zeyqarnik-tam natamamSonralar ХХ əsrin ən məşhur psixoloji açılışı olan Zeyqarnik effekti dəfələrlə nəzəri və təcrübi sınaqlara məruz qalmış və nəticədə natamam fəaliyyətlərin tamam fəaliyyətlərə nisbətdə yadda saxlama qabiliyyəti 1,8 olaraq təsdiq olunmuşdur. Bu gün Zeyqarnik tərəfindən kəşf edilmiş bu qanunauyğunluğa əsasən informasiyanın yadda saxlanılması üçün bir sıra metodikalar yaradılmışdır. Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir. Zeyqarnik effektinə həmçinin başdan çıxarma texnikası da əsaslanır. Aldadan şəxs əvvəlcə münasibət qurur, sonra ani olaraq münasibəti yarımçıq kəsir və beləcə qurban qarmaqdadır! O, daim nə baş verdiyini anlamağa çalışır və daim fikirlərini baş verən hadisə üzərində cəmləşdirir. Faktiki olaraq insan asılılıq dərəcəsində olur. Həmçinin bu cür emosional asılılıqlardan xilas olmaq üçün də Zeyqarnik effektindən istifadə olunur. Psixoloqlar bu şəxslərə məhz onların natamam olduqlarını, yarımçıq qaldıqlarını ashılmağa çalışır və müxtəlif üsullarla tam bir tablonu yaratmağa və münasibəti bitirməyə kömək edirlər. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ