Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

SUMQAYITDA AVTOMOBİL QİYMƏTİNƏ XORUZ - "5 MİN VERSƏLƏR DƏ, SATMAZ" - VİDEO

$
0
0
Xoruz döyüşdürmək hələ qədim zamanlardan insanların sevimli məşğuliyyəti olub Ölkəmizdə "Heyratı", "Daş pipik", "Badam pipik", "Yaponka" və başqa döyüşkən xoruz cinsləri bəslənilir. Bu cinslər, əsasən, Türkiyə, Filippin, İndoneziya və Özbəkistandan gətirilir. Sumqayıtda tez-tez xoruz döyüşdürən həvəskarlar isə daha çox "Heyratı" cinsinə üstünlük verirlər. Uşaq yaşlarından bu məşğuliyyətə həvəs göstərən Namiq və Samir İsayev qardaşları xoruzları yumurtalardan özləri bəsləyib artım edirlər. "Heyratı"ları böyüdüb döyüşə hazır etmək isə əziyyət bahasına başa gəlir. Elə ki xoruzlar döyüşdən qalib ayrılır, onda çəkilən zəhmət hədər getmir. Namiq İsayev - həvəskar: "Tez xəstələnirlər. Özləri, bədənləri möhkəm olsa da, tez xəstəlik tapırlar. Buğda, qarğıdalı, vitaminlər verirəm. İynələrini də vururam. Əsas ot". Qardaşların bəslədiyi xoruzlar Türkiyə və İndoneziya cinslərinə aiddir. Hər bir xoruza xüsusi döyüş fəndləri öyrədildiyi üçün bu quşların müştəriləri də çox olur. Namiq İsayev - həvəskar: "Mən bu xoruzumu satmaram. Yaxşı döyüşkən olduqdan sonra istəmirsən. Qiyməti 500 manat olar, amma satmaram". Döyüşü qazanan xoruzlara ət, fındıq, kişmiş verilir ki, enerjili və sağlam olsun. Samir isə qardaşından fərqli olaraq xüsusi bəslədiyi xoruzları satır. Bəzən bu "Heyratı"lara verilən pula avtomobil də almaq olar. Samir İsayev - həvəskar: "Buna bu dəqiqə mənim qardaşım baxır. Mən bilirəm ki, buna 5 min də versələr, verməz. Xoruz var 300, 500 fərqlidir". Qardaşlar xoruz döyüşünün şərtlərindən də danışdılar. Döyüş meydanında yatan və ya qaçan xoruz uduzmuş hesab edilir. Əgər döyüş 2 saat ərzində davam edərsə və qalib bilinməzsə, yarış başa çatır və xoruzların arasında sülh bağlanır. Daha maraqlısı isə odur ki, xoruzuna güvənən həvəskarlar böyük məbləğdə pul, bahalı hədiyyələr, hətta avtomobildən belə bəhsə girirlər.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Artikl


İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər


"Xəmsə" - sualları


Xəmsə oyunu üçün suallar paketi


Vecsiz Qadın Yazılı Şəkillər (5)


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Üzük hansı barmaqda hansı mənanı verir? - FOTOLAR


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Hamiləlik zamanı seks (18+)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Bacı - Qardaş Yazılı Şəkilləri (1)


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma