Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

"Azərbaycan Nadir şah Əfşar dövləti" Türkiyədə təqdim olundu

$
0
0
İstanbulda "Azərbaycan Nadir şah Əfşar dövləti" kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilib. Mir.Az bildirir ki, İstanbul şəhərində Türkiyə Aydınlar Ocağının təşkilatçılığı ilə professor Cahangir Hüseynovun Azərbaycanın görkəmli dövlət xadimi, Şərqin ən qüdrətli fatehlərindən sayılan, xalqımızın böyük oğlu Nadir şah Əfşara həsr edilmiş "Azərbaycan Nadir şah Əfşar dövləti" kitabının türk dilindəki nəşrinin təqdimat mərasimi keçirilmişdir. Nəşrdə həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön söz yazdığı və redaktoru olduğu "Nadir şah Əfşar: diplomatik yazışmalar" adlı sənədlər toplusunun da materialları yer almışdır. Mərasimdə Türkiyənin bir sıra tanınmış qələm sahibləri, yazıçı və tədqiqatçıları çıxış edərək nəşri yüksək qiymətləndirmiş, kitabın Azərbaycan tarixi ilə bağlı həqiqətlərin Türkiyədə təbliği istiqamətində böyük əhəmiyyətə malik olduğunu qeyd etmişlər. Kitabın müəllifi Cahangir Hüseynov öz çıxışında akademik Ramiz Mehdiyevin diplomatik sənədlər toplusuna yazdığı ön sözə toxunaraq, onun Nadir şah ətrafındakı bir sıra mübahisələrə, müəmma və təhriflərə tutarlı cavab olduğunu xüsusilə vurğulamış, fars dilindən tərcümə edilmiş orijinal sənədlərin isə danılmaz sübut kimi ictimaiyyətin ixtiyarına verilməsini mühüm elmi hadisə kimi tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Onun sözlərinə görə, akademikin Nadir şah irsinin sistemli tədqiqi istiqamətindəki çağırışlarına tarixçilərimiz zəruri həssaslıqla yanaşmalı, bu istiqamətdəki axtarışlarını intensivləşdirməlidirlər. Türkiyədə nəşr edilən bu kitab Nadir şah Əfşar imperiyasının yaradılmasının 280 illiyinə ithaf edilmişdir. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ