Azərbaycanlı model Aysel Manafova sosial şəbəkədə yarıçılpaq fotosunu paylaşıb. Ölkənin tanınmış otellerinin birində çəkilən foto qısa müddətdə minlərlə bəyənmə toplayıb. Qeyd edək ki, “Miss Azərbaycan- 2012” müsabiqəsinin qalibi Manafova “Kainat gözəli -2013” gözəllik müsabiqəsində Azərbaycanı ilk dəfə təmsil edib. Emin və Araz Ağalarov ailəsinin təşkilatçılığı ilə keçirilən yarışma dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutub. Həmin vaxt müsabiqənin sahibi Donald Tramp mediaya açıqlamasında bildirib ki, təşkilatçılıq yüksək səviyyədədir. Tramp prezident seçiləndən sonra Aysel mediada “Trampla görüşən model” kimi yer alıb.
↧