Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Yatdığı qızlara “bacı” deyən prezident, Hitlerin məşuqu olan “axmaq inək” – Liderlərin QƏRİBƏ ADLARI

$
0
0
Bir çox rəhbərlər, liderlər dövlət titulları ilə yanaşı, xalq arasında qəribə ləqəbləri ilə də məşhurdurlar. Stalin İosif Cuqaşvilinin bir çox ləqəbi var idi: "Koba", “David”, “Vasiliy”, “Rus”, “Besoçvili”, “Soselo”, “Petrov”, “Çopur”, “İvanov”, “Keşiş” və ən məşhuru olan Stalin. Deyilənlərə görə, Stalin ləqəbini o, Leninlə birlikdə seçdi. Cuqaşvili özü üçün qısa və sərt ad istəyirdi. Əvvəlcə o Stalevım adını seçdi, lakin sonradan Leninin məsləhəti ilə Stalin oldu. Bununla yanaşı, xalq arasında Stalinə başqa ləqəblər də qoşulmuşdu: “Tarakan”, “Qayıq”, “Yosya Qroznı”. Brejnev Leonid İlya Brejnev daha çox xalq folklorlarının məşhur qəhrəmanlarının adı ilə çağırılırdı. Ona “İlya Epoxası”, “Qaranlıqlarda zirehli gəmi”, “Qalınqaşlı”, “Müdir”, “Qartal” kimi ləqəblər qoşulmuşdu. Lenin Vladimir Ulyanov Lenin təxəllüsünü özü seçib. Versiyaların birinə görə, Lenin adı Lena çayından götürülüb, digər versiyaya görə isə Nikolay Lenin adına pasportdan istifadə etdiyi üçün sonradan bu təxəllüsə üstünlük verib. Ümumilikdə isə Leninin 150-dən çox təxəllüsü var idi. Ona “Qoca”, “Pyotr”, “Lenin baba”, “Rəhbər”, “Daz”, “Vovka” kimi ləqəblər də vermişdilər. Hitler və Üçüncü Reyx Hitlerə yalnız “fürer” (rəhbər, lider) deyirdilər. Amma Üçüncü Reyxin rəhbərliyində təmsil olunan şəxslərin ləqəbləri çox idi. Misal üçün, Yozef Hebbelsə “Kiçik doktor”, “Təbliğatın Mahatması”, “Zəhərli cırtdan”, “Axsaq iblis” deyirdilər. German Herinqə “Kök” ləqəbi verilmişdi. Rudolf Qess “Qara Emma”, “Froylyan Anna”, Qimmer isə “Hayni dayı”, “Kral Haynrihom” adlandırılırdı. Hitlerin yaxın ətrafı onun məşuqu Eva Brauna “axmaq inək” deyirdi. Kim İr Sen və Kim Çen İr Şimali Koreyada liderlərə “Böyük Marşal”, “Millətin taleyini həll edən rəhbər”, “Xalqın atası” kimi dəbdəbəli ləqəblər verilir. Hazırki lider Kim Çen İn isə əcdadları ilə müqayisədə daha az ləqəbə malikdir. Ona bu ləqəblər verilib: “Yeni ulduz”, “Parlaq yoldaş”, “Hərbi strategiyada dahilərin dahisi”. Mixail Qorbaçov Qorbaçovun xalq arasında çoxlu ləqəbi var idi. Misal üçün, “Danışan ayı”, “Qlobus”, “Demokratizator” və s. Ən məşhur ləqəbi isə “Limonad Co” idi. Bu ləqəb onun anti-alkaqol kampaniyasından sonra yaranmışdı. Bununla yanaşı, ona “mineral katib” də deyirdilər. İdi Amin Uqanda prezidenti İdi Aminin də çoxlu ləqəbi olub. Onlardan bəzilərini özü seçirdi, bir çoxunu isə başqaları vermişdi. Misal üçün, “Böyük Papik”, “Kənd zülmkarı” və “Afrika cəlladı” ləqəbləri məşhurdur. Amin hərbi xidmət illərində “bacı” mənasını verən “Dada” ləqəbini daşıyırdı. Buna səbəb isə onun çadırında tez-tez qadınların olması idi. O isə hər dəfə çadırına gələn qadınları “bacısı” adlandırırdı. Nəticədə əsgərlər kazarmanın yanından keçən bütün qadınlara “Aminin bacıları” adlandırmağa başladı. İdi Amin isə özünə uzun rəsmi adlar seçirdi: “Zati-ali ömürlük prezident”, “Al-Hacının Feldmarşalı doktor İdi Amin”, “Quruda və dənizdə bütün heyvanların hökmdarı” və s. Bununla yanaşı, Amin “Şotlandiya kralı” kimi də məşhurdur.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Məhərrəmlik Yazılı Şəkilləri (1)


Artikl


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


30 İyun Yazılı Şəkilləri 2018 (19)


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Pendirli Keks Resepti


Eşq yoxsa Ehtiras? (+18)


Mənə naz et | Əliağa Vahid


"Xəmsə" - sualları


Sevilməyən Sevənlər Yazılı Şəkilləri 2020 (12)


Düşünən İnsan Yazılı Şəkilləri 2020 (9)


Xəmsə oyunu üçün suallar paketi


Bəzəkli hərflər


Ayranlı aş