Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Çörçilin 80 il öncəki SİRLİ MƏQALƏSİ TAPILDI: yadplanetlilərin yerini və gələcəyi BİLİRMİŞ

$
0
0
İngiltərənin keçmiş baş naziri Uinston Çörçilin II Dünya müharibəsindən öncə qələmə aldığı “dünya kənarında həyat”la bağlı elmi məqaləsi ABŞ muzeylərindən birində tapılıb. Yayımlanmayan məqalə Missuri ştatında Beynəlxalq Uinston Çörçil muzeyinə 1980-ci ildə daxil olub. Lakin indiyə qədər bu məqalə heç kimin diqqətini çəkməyib. 11 səhifəlik məqalənin 1939-cu ildə qələmə aldığı təxmin edilir. “Kosmosda yalnızmıyıq?” adlanan məqalədə dünyanın kosmosda yaşamaq üçün əlverişli olan yeganə planet olmadığı fikri irəli sürülür. “Bir gün, bəlkə də o qədər uzaq olmayan Aya, hətta Venera və Marsa səyahət etmək mümkün ola bilər”, - deyə Çörçil məqalədə qeyd edir. O, Günəş Sistemində yaşamaq üçün əlverişli olan planetin Yerlə yanaşı, Venera olduğu fikrini müdafiə edir. “Mədəniyyətimizin dünyada əldə etdiyi uğurdan o qədər də təsirlənməmişəm. Buna görə də böyük kosmosda canlı, düşünən yaradılışların olduğu yeganə nöqtədə olduğumuz, yaxud zamanla məkanın geniş sahəsindəki ən yüksək mənəvi və maddi inkişafı təmsil etdiyimiz fikrini də qəbul etməyə hazır deyiləm”, - deyə o bildirib. Qeyd edək ki, Çörçil 1920-30-cu illərdə bir çox məşhur elmi məqalə qələmə alıb. Hətta o, 1953-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı da alıb.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş