88 yaşlı nənənin həyatında ilk dəfə olaraq "Amerikan təpələri"nin virtual simulyatorunu gördüyü video YouTube-da sürətlə populyarlaşır. 4 gün ərzində videoya artıq 1,253 milyon insan baxıb. Milli.Az ABC-yə istinadən bildirir ki, videonu YouTube-da Mark Natt yerləşdirib. O, nənəsini Google Cardboard virtual simulyasiya eynəyi ilə tanış edib. Meri nənə də bu eynək vasitləsilə "Amerikan təpələri"ndə "əylənib". Gələn ilin mart ayında Meri Nattın 89 yaşı tamam olacaq. Google Cardboard mobil telefonun ekran əvəzinə istifadə olunduğu karton eynəkdir. Mir.Az
↧