Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Jak Şirakı ölümdən qurtaran, Salmadan 5 dəfə ayrılan, rəqiblərini yeyən təhsilsiz milyonçu - FOTO

$
0
0
O, Fransanın ən varlı şəxslərindən biridir. Atası meşəbəyi olub. Kasıbçılıqlarından utandığı üçün təhsilini yarımçıq buraxıb. Lakin öz zəkası, zəhməti ilə milyardlara sahib olmağı bacarıb. Söhbət Fransua-Anri-Penodan gedir. Fransua 1962-cı ilin may ayının 28-də Fransanın əyaləti Bretanda anadan olub. Atası meşə gözətçisi (meşəbəyi) idi və çətinliklə dolanırdılar. Uşaq yaşlarından əməyə öyrəşən Fransua o şeylərlə məşğul olurdu ki, tez bir zamanda ona xeyir gətirirdi. Beləsi üçün də təhsil vacib deyildi. Çətinliklə orta məktəbi bitirən Fransua təhsilini davam etdirmək haqqında düşünmürdü. Onu əsasən iş və pul qazanmaq maraqlandırırdı. Bundan əlavə, milyarder öz xatirələrində qeyd edir ki, məktəbdən soyuma səbəbi bir tərəfdən sinif yoldaşlarının onun kasıb həyatına lağ etməsi idi: “Bu səbəbdən də 16 yaşında məktəbi atdım. Diploma nifrət edirəm. Oxuyub aldığım yeganə rəsmi sənəd sürücülük vəsiqəsidir”. Yeri gəlmişkən, Fransua bununla fəxr edirdi. Bir neçə il Parisdə və Bretanda təsadüfi, gündəlik qazanc gətirən işlərdə işləir və Əlcəzairə yola düşür. “İnsan hər şeydə yalnız və yalnız özünə güvənməlidir” Bunu özü üçün dəqiqləşdirən Fransua Fransanın müstəmləkəsi Əlcəzairə üz tutur. Pino Əlcəzairə ayaq basar-basmaz ölkədə müstəqillik uğrunda müharibə başlayır. 3 il müddətində Fransuanın orada hansı işlə məşgul olduğu sirr olaraq qalır. Buna görə də onun silah, narkotik ticarəti ilə məşğul olduğuna dair iddialar var. Lakin fakt odur ki, Fransua Əlcəzairdən əlində yaxşı pul və başqa bir adam kimi qayıdır. Kasıb meşəbəyinin oğlu 27 yaşında öz soyadını verdiyi “Pinault Group” şirkətini yaradır. Şirkətın fəaliyyət istiqaməti ağac ticarəti olur. Fransua hətta özü bu haqda zarafatla belə deyirdi: “Ağac biznesini Allah mənə rəva gördü. Çünki mənim soyadım da odunçudur”. İş adamının uğurlarının səbəbi kimi həm də intuisiyasının güclü olması göstərilir. Məsələn, 1973-cü ildə o, gözlənilmədiyi halda şirkətini birjada 30 milyon dollara satır. Bir il sonra isə şirkəti satdığı qiymətdən 5 milyon dollar ucuzuna geri alır. Ömrünü işləməyə həsr edən Fransua 2001-ci ildə evlənir. Onun ilk həyat yoldaşı Doretee Leper olur. Bu evlilikdən cütlüyün iki uşağı – oğlu Zandera və qızı Matilda dünyaya gəlir. Lakin 3 ildən sonra evlilik sona çatır. Məşhur aktirisa Salma Valqarma Hayek Himene ilə 2006-cı ildə tanış olur. Meksikalı biznesmenlə opera müğənnisinin qızı olan Salma bu zaman artıq həyatdan nəsə gözləmirdi. Düşünürdü ərsiz doğacaq və öz həzzi üçün yaşayacaq. Salma Fransua-Anriylə münasibətlərinə ilk vaxtlar zaman keçirmək kimi yanaşırdı. Çünki onların ortaq nələrisə yox idi. Fransua ciddi biznesmen, Salma isə çılğın xarakterə sahib aktrisa idi. Bundan əlavə Fransua iliyinə qədər fransız, Salma - ispan və Livan kökləriylə meksikalıydı. Beləliklə tamamilə müxtəlif dünyalara məxsus idilər. Lakin Salmanın hamilə qalması vəziyyəti dəyişir. 2007-ci ilin martında sevgililər nişanlandıqlarını elan edirlər. Həmin ilin sentyabrında Hayekin Pinodan qızı olur. Bundan sonra cütlük 5 dəfə ayrılaraq yenidən birləşir. 2009-cu ilin 14 fevralında barışan sevgililər nəhayət evlənirlər.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Artikl


İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər


"Xəmsə" - sualları


Xəmsə oyunu üçün suallar paketi


Vecsiz Qadın Yazılı Şəkillər (5)


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Üzük hansı barmaqda hansı mənanı verir? - FOTOLAR


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Hamiləlik zamanı seks (18+)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Bacı - Qardaş Yazılı Şəkilləri (1)


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma