Sapioseksual elə insandır ki, insan intellektini ən cazibədar xüsusiyyət hesab edir. Bunu sizə daha aydın təsvir etmək üçün belə izah edə bilərik: bir insan digərinin intellektinə vurulur və hətta bundan ehtiraslanır da. Burada cinsiyyətin, yaşın və ya həmin insanla birbaşa əlaqənin olmasının heç bir fərqi yoxdur. Sapioseksualları digər insanların ağlı, düşüncələri, savad və intellektual səviyyələri cuşa gətirir. Dünyada bu cür insanların sayı az deyil. Bəlkə elə siz də onlardan birisiniz. Bunu yoxlamaq üçün 5 əlaməti sizə təqdim edirik. İnsanın düzgün danışıq və yazı tərzi sizi cəlb edir Sözlərin və sətirlərin düzlüşü, yazılan hər kəlmənin düzgünlüyü və cümlələrdə qrammatik qaydalara tam əməl olunması sizin ağlınızı başınızdan ala biləcək qədər xoşunuza gələ bilər. Hətta kimsə sizə yazanda, cümlənin məğzindən əvvəl düzgün yazılıb-yazılmadığına fikir verir, durğu işarələrinin yerində işlədilməsi və cümlənin düzgün formalaşdırılmasından böyük həzz ala bilirsiniz. Düzgün yazılmadığını gördüyünüz şeyin məğzi nə olursa-olsun, artıq sizə maraqlı olmur. Bu təkcə yazıda deyil, danışıqda da eyni dərəcədə keçərlidir. Fikirlərini düzgün formalaşdıran, səlist danışan insanlara saatlarla qulaq asa biləsiniz. Öz sevgilinizlə intellektual mövzularda mübahisə edə bilərsiniz Əgər sizin hər ikiniz hansıda şübhəli bir aspektin təhlilinə çox maraqlısınızsa, bəzi müzakirələriniz mübahisəyə keçə bilər və hətta siz bu fikir mübadiləsinin mübahisəyə çevrilməsinə baxmayaraq, yenə də bundan həzz ala bilərsiniz. Siz empatiyaya böyük dəyər verirsiniz Siz insanların xoş olmayan davranışlarını da dərindən təhlil edir və bunları nəyin doğurduğunu dərk edərək, empatiya qurmağa meylli olursunuz. Siz insanların sanki daxilində baş verənləri oxuya bilir və buna uyğun davranmağa çalışırsınız. Siz kitab mağazalarını, əyləncə məkanlarından daha çox sevirsiniz “5 dəqiqə baxım, çıxıram,” – deyərək, saatlarla kitab mağazasında sizi heyran edən kitabların içinə qərq ola bilərsiniz. Hara getməyinizin sizin üçün böyük əhəmiyyəti var. Daha çox faydalılıq prinsipi ilə hərəkət etdiyiniz üçün, sizə əyləncədən daha çox şey bəxş edəcək məkanları sevir, hətta elə bu məkanları da daha əyləncəli hesab edirsiniz. Bundan başqa, kiminlə vaxt keçirdiyiniz də sizin üçün çox əhəmiyyətlidir. Fəlsəfi söhbətləri seksual hesab edirsiniz Sapioseksual insan başa düşür ki, ən gözəl və dərin söhbətlər məhz fəlsəfi mövzularda olur. Hər iki tərəfin hörmət prinsipi əsasında apardığı maraqlı debat sizə çox cazibədar görünür. Sözlərin, hisslərin və fikirlərin vəhdətindən inanılmaz hisslər keçirə bilirsiniz. Beyin orqazmı deyilən anlayışı isə hər kəsdən yaxşı başa düşürsünüz.
↧