Azərbaycanın demokratik yolla seçilmiş ilk prezidenti, Xalq Hərəkatının lideri Əbülfəz Elçibəyin prezidentliyi dönəmində Bakıya rəsmi səfər edən Türkiyə baş naziri Turqut Özalı qarşılanma mərasimindən videogörüntülər yayılıb. Görüntülər qısa zamanda sosial şəbəkədə böyük izləyici kütləsi toplayıb. Qeyd edək ki, videogörüntüdə mərhum prezident Əbülfəz Elçibəy o dönəm Türkiyə hökumətinə başçılıq edən Turqut Özalı hava limandıda qarşılayır və hər ikisi fəxri qarovulun önündən keçir.
↧