Qədəhləri bir-birinə vurmaq bəlkə də çoxumuzun gözü öyrəşdiyi adi bir hala çevrilib. Toylarımızda və adi kafelerdə yeyib içərkən qədəh - qədəhə vurub bir-birinə sağlıq hətta xoşbəxtlik diləyənləri də müşahidə etmişik. Ancaq gözümüzlə beynimizi ideal şəkildə bir anlıq işlədə bilsək qədəhin-qədəhə toxunması hamımıza çox gülməli və mənasız gəldiyini görərik. Görəsən qədəhləri bir - birinə vuranda nə olur ki? İçki içmək insanların həvəslə ən çox həyata keçirdiyi fəaliyyətlərdən biridir. Görəsən nə üçün içki içərkən qədəh-qədəhə vururuq? Əslində bu məsələnin tək bir cavabı yoxdur. Ortaya atılan iki nəzəriyyə var. İnsanların beş duyğu orqanını qane etmək məqsədi ilə şərab qədəhini süfrədə səsi ilə bir-birinə vuranda beyində serotonin, yəni xoşbəxlik hormonunun artmasına səbəb olur və nəticədə içən adamda xoş təəssurat yaradır. İkincisi isə... Antik dövrlərdə düşmənini evinə dəvət edib içkisinə zəhər qatmaq təbii sayılırdı. Ev sahibi də içkinin zəhərsiz olduğunu sübut etmək üçün öz qədəhini havaya qaldırar və qonağın içkisindən bir azını öz içkisinə boşaldardı. Daha sonra ev sahibi də qonaqda eyni anda içkilərini içərdilər. Belə hallarda qonaq, ev sahibinə etibar etdiyini göstərmək üçün qədəhini havaya qaldırıb qədəhə yüngülcə toxundurardı. Bu hal qonağın ev sahibinə olan etibarını təmsil edir. Qeyd: Nə qədər doğru, məchul, amma ikisi də məntiqli gəlir qulağa. Nəticədə qədəh-qədəhə vurmaq insanlar uçun bütləşsə də əslində əylənmək üçündür. Belə ki, təkcə içki deyil, insan içdiyi çox şeyi zarafatdan da olsa bir-birinə vurur. Sizcə, hansı daha məntiqlidir?
↧