Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Qıza, eyş-işrətə, həmcinsi ilə intim münasibətə milyonlar xərcləyən DÖVLƏT RƏHBƏRLƏRİ - FOTOLAR

$
0
0
Görəsən indiyədək dünya hökmdarları əllərinin altında olan xəzinədən necə istifadə ediblər? Əslində dövlətin maddi xərcləri üçün nəzərdə tutulmuş bu “qiymətli otaq” doğrudanmı məqsədəuyğun istifadə olunurdu? Tarixi faktlar bu suala “yox” deməyimizi əsaslandırır. Faktlar göstərir ki, xəzinə ehtiyatı bir çox hökmdarların əyləncələrinə, şıltaqlıqlarına və başqa məqsədlərə xərclənib. Bəzi hökmdarlar isə ümumiyyətlə, xəzinəni necə deyərlər “silib-süpürüblər”. Tarixin ən israfçı hökmdarlarını təqdim edirik: Fransa kralı XV Lüdoviq Onun israfçılığı insafən həddən artıq şişirdilib. Amma tüstü də yanan yerdən çıxar axı... Fransız kral heç də digər avropalı “həmkar”larından həddən artıq çox xərcləməyib, amma altından çıxa bilmədiyi çoxsaylı müharibə yükü onun xəzinəsini boşaldıb. İngiltərə kralı II Riçard Ötən əsrin siyasi simalarından olan Uinston Çörçil onu “tarixin müəmması” adlandırırdı. Yanılmırdı da, çünki bu kralın adı gah kasıbların dostu, gah eyş-işrət aşiqi, gah əzabkeş, gah da zalım kimi təqdim olunurdu. Amma istənilən halda kasıba pul xərcləmək üçün, eyş-işrət üçün pul lazımdır, ya yox?! Bavariyanın homoseksual kralı Vittelsbaxlar sülaləsindən olan II Lüdviq Bu kralın zövqünə bu günə qədər də yüksək cəmiyyətlərdə dodaq büzülür. Kral özünə həmdəm olaraq yaraşıqlı saray gənclərini deyil, mehtərləri və aşağı təbəqədən olan kobud kişiləri seçərmiş. Təbii ki, bunların arasında kral sevgilisindən külli miqdarda pul və hədiyyə qopardan da az olmayıb. İsveç kraliçası Kristina Kişiyəbənzər görkəmi ilə diqqət çəkən bu hökmdar xanım da eynicinsli məhəbbətə üstünlük verərmiş. Gözəl xanımları qane etmək isə hər kişinin və ya kişiyəbənzərin işi deyil. Bunun üçün əlbəttə xəzinəli hökmdar olmaq lazımdır. Kastiliya kralı I Xuan Ömrünü səyahətlərdə keçirib. Üzü Afrikaya qədər pul səpə-səpə gedib. Elə bunun nəticəsi idi ki, atdan yıxılan kimi əlindən boğaza yığılmış insanlar üstünə vəhşi itləri salmışdılar.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Dünyanın en ilginç seks rekorları... Fotolar


Övlad (Qızım və Oğlum) Yazılı Şəkilləri (2)


Artikl


İrəvan xanlığının bölgə mətbəxindəki tarixi həqiqətlər


"Xəmsə" - sualları


Xəmsə oyunu üçün suallar paketi


Vecsiz Qadın Yazılı Şəkillər (5)


Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (363)


Bəzəkli hərflər


Eşq yoxsa Ehtiras? (+18)


Üzük hansı barmaqda hansı mənanı verir? - FOTOLAR


Ayranlı aş


Mənə naz et | Əliağa Vahid


Hamiləlik zamanı seks (18+)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Ya Hüseyn Dini Yazılı Şəkilləri (3)


Bacı - Qardaş Yazılı Şəkilləri (1)


Tarixdən dərs nümunələri


Aşıq yaradıcılığı - Gəraylı və Qoşma