Təsəvvür edin: ömrü boyu danışdığımız, oxucuların ən çox maraqlandığı yadplanetlilər Bakı səmasında görünüb. Çəkilmiş videodan da aydın görünür ki, UNO gözlə görünən məsafədən uçur. Güman ki, çoxları bu xəbərə inanmayıb, amma videoya baxanda ciddi şübhələr yaranır. Ən diqqətçəkən məqam isə UNO-nun ABŞ və Rusiya generallarının Bakıda görüşdükləri gündə peyda olması idi. Bakı görüşündə iki böyük gücün – ABŞ və Rusiyanın münasibətlərinə aydınlıq gətirilirdi və bu təkcə həmin ölkələr üçün yox, bütün dünyanın gələcəyi üçün vacib idi. Konsprioloji yanaşmadan çıxış etsək, deyə bilərik ki, “yadplanetlilər dünyanın gələcəyinin Bakıda necə həll edildiyini, hansı qərarların verildiyini bilmək üçün gəliblər”. Buna yəqin ki, çoxları inanmayacaq. Əslində inanmaq bir qədər çətindir də. Yenə də mühüm Bakı görüşü vaxtı paytaxtımızın səmasında görünən qeyri-adi uçan obyekt arasında hansısa paralelliyin olduğunu iddia etmək mümkündür.
↧