Çinin Ninbo şəhərindəki zooparkda turistlərdən biri pələnglərin saxlandığı volyerə girib. Hadisə həmin turistin arvadı və uşağının gözləri qarşısında baş verib. Olay Şanxay şəhərindən 200 kilometr cənubdakı "Youngor Wildlife Park"da yaşanıb. Turistin niyə belə etdiyi bəlli deyil. Pələnglər turistə hücum çəkərək onu parçalayıblar. Zoopark əməkdaşları yırtıcıları petardalar vasitəsilə qovaraq yaralı turisti volyerdən çıxarıblar. Turist xəstəxanaya aparılsa da, reanimasiya bölməsində keçinib.
↧