Qəbilə üzvləri ovladıqları heyvanları ocaqda bişirməyi bilir Sadəcə 4 min nəfərdən ibarət olan Huaorani qəbiləsi Ekvadorun meşələrində yaşayırlar. Müasir inkişafdan çox uzaqda olan bu qəbilə ovçuluqla məşğuldur. Qəbilə üzvləri ovladıqları heyvanları ocaqda bişirməyi bilir. Bu fotoları çəkən ingilis fotomüxbir Pete Oxford, qəbilənin yaşadığı meşəyə artıq öyrəşdiyini deyir. Qəbilə üzvlərinin ovladıqları heyvanlar arasında donuz əsas yer tutur. Qəbilənin danışdığı dil demək olar ki, heç bir dilə bənzəmir. Huaorani qəbiləsi üzvləri ağaclara o qədər çox dırmaşır ki, onların ayaq barmaqları təkamül keçirib. Bəzilərinin hətta 6 ayaq barmağı var. Qəbilə üzvləri quşları da ovlayır. Lakin sağda gördüyünüz tutuquşunu onlar ev heyvanı olaraq bəsləyirlər. Qəbilə üzvləri tərəfindən qəbul edildiyini deyən Peter Oxford, onların yanında yaşamağın çətin olduğunu bildirir. "Kiçik bir çadırda qalırdım. Qaldığım çadıra eyni zamanda bir kilit də vururdum. Huaorani qəbiləsinin üzvlərinə görə, komputerimin kabelləri ilə ölü bir donuzu bağlamaq olar." - Peter
↧