Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

LOTULAR HAQQINDA LOTULARIN HEYATI

$
0
0
Zigli Cabir – ləqəbi, alamasi (ogrular arasinda buna “klichka” deyirlər) Sanka Zver olub. Kirminal aləmdə məşhur bir isimdir. Azərbaycanda həbs olunub. “Klichka” almağının tarixchesi var: belə ki, bir gün Sanka Zver adlı oğru ilə qarşılaşıb. Sanka Zverlə olan söhbətdə onu səhv (ogru jarqonunda “niprav”) çıxardıb və həmin “klichkani”, sonradan onu məşhurlaşdıran Sanka Zver ayamasini qazanıb. Yaşadığımız dünyanın içində başqa bir dünya da mövcuddur: – oğru dünyası. Bu dünyanın ayrıca qanunları, nizamnamələri, insanları (yəni, “lotular”, “avtoritetlər”, “zakonniklər”, “üzdəniraqlar” və s.), cinayətləri, cəzaları, davaları, hüquqları, əlaqələri var. Bu dünya bizim yaşadığımız dünyanın bir parçası olsa da, bir-birindən kəskin fərqlənir. İstər yaşayış, davranış tərzi, istər taleyin həyatda irəliləyənlərə açdığı yollar bu iki dünyanı bir-birindən uzaqlaşdırır, onları görünməz, sirli edir. Bu sirlilik, görünməzlik iki dünyanın arasına anlaşılmazlıq səddi çəkir. Bəzən oğru dünyasında baş verənlər real dünyada tamamilə qaranlıq görünür, ya da əksinə… Bu dünyadan “oğru dünyası”na baxanda oranın dərin, böyük və müxtəlif olduğu görünür. “Lotu” kimdir? Kriminal aləmin, yəni, “oğru dünyası”nın içində olanlar çox yaxşı bilirlər ki, “lotu” adını almaq üçün hansı şərtlərə əməl etməlisən. Adi və yaxud oğru qanunlarının ziddində edilən cinayət işi “oğru dünyası”nda qəti surətdə rədd edilir, bu cür xuliqanlar “lotu” adlanmaqdan məhrum olunur. “Lotu” adlanan şəxs mütləq aşağıdakı şərtlər daxilində hərəkət etməlidir: polisə tabe olmamalıdır; əsgərlikdə olmamalı, sonradan da hərbi xidmətə getməməlidir; “poqon” daşımamalıdır; əmək kitabçası, iş yeri olmamalıdır; kriminal aləmin, “oğru dünyası”nın qanunlarını, ideyalarını bir vəzifə kimi öhdəliyinə götürməli, başqa cür həyat tərzi yaşamamalıdır. Bu sadalanan şərtləri doğrultmayanlar “lotu” adlana bilməz. Lotuların leksikonu “Oğru dünyası”nın öz dili, danışıq tərzi var. Bu dil vasitəsi ilə lotular başqalarından fərqlənir, digər insanlar onların danışıqlarını anlamır. Ona görə də oğrular yalnız öz aralarında seçdikləri bir leksikonda – buna jarqon deyirlər – danışırlar. Bu onların sirlərinin bir hissəsini təşkil edir. Oğru jarqonunda sözlər əsasən rus dilində olur, ancaq istisna hal təşkil edən də var. Məsələn, bir neçə oğru jarqonunda olan sözlərə baxaq: dolya – xərac, səhv – qrex, yığıncaq – sxodka, dustaq – hərif, xəsis – kraxabor, yaxşı qumarbaz – şumlar, polis – ment, qrev – pay, ləqəb – kliçka və s. Lotular həbsxanada Oğruların taleyində həbsxana xüsusi rol oynayır. Həbsxana oğrunun ikinci həyat tərzidir, bəlkə də bu həyat tərzi digərinə nisbətən daha üstündür, oğruların leksikonunda desək daha “blattı”dır.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş