Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Hipnoz haqqında bilmədikləriniz və maraqlı faktlar +18

$
0
0
Hipnoz haqqında bilmədikləriniz və maraqlı faktlar digər bilmədiyiniz birçox məlumatlar Yanlış edilən hipnozun acı nəticələri Belə hipnozlar isə bizə mistik filmləri xatırladır. Göz önündə sağa, yaxud sola sallanan saat, bu saatın təsirindən yumulan gözlər insanda qəribə qorxu və hiss yaradır. Edilən hipnoz sayəsində qəhrəmanın danışdırılması, beyninin silinib yenidən yüklənməsi və bu kimi hadisələr xüsusən azyaşlıların diqqətini çəkir. Daha sonra isə bu hipnozların tətbiqinə can atılır. Halbuki hipnoz hər kəs tərəfindən edilən sadə və bəsit proses deyil. Bilmədən edilməyə çalışılması isə tamamilə yanlışdır. Hipnozun ən sadə izahı insanın yuxu ilə real aləm arasında qalmasıdır. Hər bir insan hipnoz ola bilər. Bunun qarşısını yalnız insanın yanlış bilgiləndirilməsi və hipnozdan qorxması ala bilər. Belə insanların hipnoz təsirinə düşməsi çətin olur. Hipnoz zədə almış insanların müalicəsində istifadə edilə bilər. Digər tərəfdən, hipnozdan istifadə edilərək yaddaşın yenidən konfiqurasiya edilməsi və gerçəklə xəyalın qarışa biləcəyi də unudulmamalıdır. Hipnozun depressiyada istifadəsi təhlükəlidir. Araşdırmalar göstərir ki, orta və ağır dərəcə depressiya yaşayan insanların hipnoz edilməsi elə də təsirli olmur və əksər hallarda təhlükə yaradır. Hipnoz şəxsiyyət pozuqluqlarında da istifadə edilə bilər, amma hipnozu edən adam bu sahədə təcrübəli olmalıdır. Psixoloq Gülnarə Vəliyevanın sözlərinə görə, hipnoz insan yaşamı boyu bir çox sahələrdə işə yarayır. Hipnoz kəlməsi insanlar tərəfindən ağır qəbul edilsə də, əslində bir çox narahatlıqların aradan qaldırılması üçün gərəklidir. Hipnozun bir müalicə üsulu olaraq istifadə edilib-edilməyəcəyinə psixiatrlar və klinika psixoloqları qərar verə bilər. Çünk, yalnız bu iki qrup qanuni olaraq hipnozla müalicə etmək səlahiyyətinə malikdir: "Hipnoz bəzi xəstəliklərin müalicəsində ön plana çıxsa da, bir çoxlarının iddia etdiyi kimi hər xəstəliyin müalicəsində istifadə edilə bilməz. Hipnozu istifadə edənlər çox təcrübəli və etibarlı olmaq məcburiyyətindədir. Çünki hipnoz insanın şüur altına təsir edə və onun iç dünyasına daxil ola bilir. Müraciət etdiyiniz şəxslərin psixiatr, ya da klinika psixoloqu olub-olmadığını mütləq öyrənin. Ruh sağlamlığınız çox əhəmiyyətlidir, buna laqeyd yanaşmayın. Hipnozla müalicəyə gəldikdə isə anoreksiya nevroza və bulumuya nervoza hipnoz çox az fayda verir. Onsuz da bu narahatlıqlar ən müqavimətli psixiatrik pozğunluqlar sayılır və iddia edildiyi kimi hipnozla tamamilə müalicə edilmir. Ağrılı vəziyyətlərdə də hipnozdan faydalanıla bilər. Ağrının sürətli ortaya çıxdığı və qısa sürdüyü vəziyyətlərdə çox təsirli ola bilər. Amma uzun, davamlı və keçməyən ağrılarda daha əhatəli bir psixiatrik müalicəyə ehtiyac duyulur. Uzun davamlı ağrılar psixoloji qaynaqlıdırsa və gərginliklə əlaqəlidirsə hipnozun faydası o zaman artır". Psixiatr Fidan Hümbətli bildirir ki, hipnoz bu gün hər kəsin dilinə düşən, bacarıb-bacarmamasından asılı olmayaraq biznes nöqtəsi olan bir hal olub. Şamlarla, saatlarla, zəncirə keçirilmiş qəlpələrlə və bu kimi fərqli və xürafat sayıla biləcək yollarla hipnoz edilməsi insanların inamından sui istifadədir, qətiyyən yolverilməzdir: "Hipnoz, süni hərəkətlərlə meydana gətirilən bir ruh halıdır. Başlıca xarakteri, yalnız bu hal əsnasında arzu edilən hər hansı bir təlqinin yerinə yetirilməsidir. Hipnoz, yuxu halı olmadığı kimi bir oyanıqlıq halı da deyil. Ancaq hər iki halı da əhatə edən bütöv bir anlayışdır. İki yolla təmin edilir; maqnetizma yolu ilə və hipnoz texnikaları ilə. Maqnetik hipnoz halı təlqinlə meydana gəlməz və təlqinlə ortadan qalxmaz. Hipnoz altındakı adam yalan söyləyə bilməz. Metapsixikçilər kifayət qədər məlumat, baxış və təcrübəyə sahib olunmadan hipnoz təcrübələrinə cəhd edilməməsini, əks halda təhlükəli və zərərli nəticələrlə qarşılaşmanın çox olabiləcək olduğunu ifadə edirlər. Bu da o deməkdir ki, qarşımıza çıxan və hipnoz edirəm deyən, bu yolla sağaltma xidmətləri təklif edən insanlardan ehtiyat etmək lazımdır. Psixiatriyada hipnozdan istifadə olunur, amma müalicə üsulu kimi". Onun sözlərinə görə, hipnoz psixi xəstəliklərdə istifadə oluna bilər, amma bu, geniş yayılmış bir hal deyil. Müxtəlif tiklər, kəkələmək, alkoqolizmə meyllilik və bu kimi problemləri hipnozla aradan qaldırmaq mümkündür. Bu gün müxtəlif insanlar bu yolla pul qazanmaq istəyir. Buna görə də, hipnoz insanlar trəfindən inamla qarşılanmır və birmənalı şəkildə rədd edilir. İlahiyyatıı Kamil Əhmədovun sözlərinə görə, dinimizdə hipnozla müalicənin günah olub-olmaması haqqında bir məlumat yoxdur. İslam dini insana faydalı olan, maddi və mənəvi qadağan edilməmiş üsullarla bütün müalicələrə icazə verir. Lakin hipnozla insan həyatına müdaxilə etmək, onun fikirlərini oxumağa alışmaq, yanlış yönləndirmək düzgün deyil: "Hipnoz islam dininin yaranışından sonra ortaya çıxan bir məsələdir. Buna görə, kitabımızda hipnozla bağlı bir məlumat yoxdur. Hipnoz zamanı insan iradəsi zəifləyər və bu üsulla bir insanı cinayətə də yönəltmək mümkündür. Pis məqsədlərlə istifadə olunduqda ən az cadu qədər günah sayıla bilən bir əməldir və edilməməsi arzu olunandır". Qeyd edək ki, doğru və müalicə məqsədi ilə edilən hipnozlar təhlükəli deyil, təhlükə hipnozun kim tərəfindən həyata keçirilməsi və onun bu sahədə nə qədər təcrübəli olmasıdır. Hipnoz Nədir? Hipnoz sıx bir fiziki və ruhi rahatlama şəklinin yaşandığı, şüurun itmədiyi, adamın fərqli bir qəbul olunma halına büründüyü,əslində fərqində olmasaq da çox vaxt öz özümüzə də istifadə etdiyimiz bir zehin vəziyyətidir.Adamın öz istəyiylə meydana gətirilməkdədir. Qəbul etmə və qabiliyyət istifadəsi artmışdır. Hipnoz Haralarda İstifadə edirlər? Hipnoz çox köhnə zamanlardan bu yana istifadə edilən insanın özünü və digər fərdləri istiqamətləndirməsi və idarə etməsi üçün kəşf etdiyi çox təsirli bir texnikadır.Sağlamlıqla əlaqədar bir çox sahədə istifadə edilməkdədir. Bunun yanında nə qədər qanuni və etik olduğu bir tərəfə əsgəri məqsədli, kəşfiyyat üçün sorğularda, müxtəlif konfranslarda nümayiş məqsədli, adamın özünü nizama soxması üçün və digər bir çox sahədə sıxlıqla istifadə edilməkdədir. Bunların içində ən məşhur olanı sağlamlıq sahələridir. Hətta köhnə tarixlərdə həkimlər kəsləri əməliyyat etmək üçün narkoz yerinə hipnoz istifadə edirdilər . İbni Sinanın göz əməliyyatlarında adamı hipnozla yatırtdığını bilirik.İndiki vaxtda da narkoz götürə bilməyən xəstələrin əməliyyatlarında hipnozla adamın ağrı və ağrı hiss etməməsini təlqin edərək zehni bir uyğunlaşma halını təmin etmək məqsədli istifadə edilməkdədir.Siqareti buraxmaq üçün müraciət edilən üsullardan biri də hipnozdur. Ayrıca bəzi psixoloji narahatlıqların müalicəsində xəstəyə hipnozla tətbiq etməkləı parapsixologiya və pshikoterapi sahələrində istifadə edilməkdədir.Amerikada diş həkimləri yenə sıxlıqla hipnoza müraciət etməkdədir. Nizamlı bir şəkildə dərs çalışa bilməyən şagirdlərdə də müəyyən bir nizam və iş intizamı meydana gətirmək üçün də bu üsuldan faydalananlar vardır. Hipnoz xarici dil öyrənmədə də müraciət edilən üsullardan biridir. Hipnoz Növləri Nələrdir? Fərdi Hipnoz Hipnoz edənin yalnız bir adamı hipnoz etdiyi hipnoz növüdür. Qrup Hipnozu Hipnoz edənin birdən çox adamı eyni anda hipnoz etdiyi vəziyyətdir. Otohipnoz Adamın öz özünü hipnoz etdiyi və çox məşhur bir şəkildə əslində fərqində olmasaq da hər birimizin gündəlik həyatda istifadə etdiyi şəklidir. Ən sadə nümunəsi; adamın səhər müəyyən bir saatda oyanmaq üçün gecədən özünü təlqin edib o saatda oyanmasıdır. Otohipnozun da öz içində növləri vardır ancaq burada o detallara enməyəcəyəm.Dərmanla Hipnoz Adamın hipnoz edilməsi üçün bir sıra dərmanlayarın istifadə edildiyi üsuldur. Hipnoz haqqında maraqlı faktlar 1. 19-cu əsrlərdə hipnoz ingilis cərrahı tərəfindən düşünülmüşdür. Hipnozun yaranma səbəbi isə əməliyyat zamanı xəstənin ağrı hiss etməməsi üçün idi. 2. Çoxları elə düşünürlər ki, hipnoz ilə məşğul olan insanlar qeyri-adi bacarığa malikdirlər. Bu, cəfəngiyyatdı.Əslində isə bu insanlar sadəcə olaraq bu elmlə maraqlanır və dərinliklərinə varırlar. Hipnoz adama rahatlaşmağa və üzərindən psixoloji gərginliyi atmağa xidmət edir. 3. Maraqlı fakt:insan hipnoz vəziyyətində olanda onun allergik reaksiyası itir. Belə nəticəyə gəlmək olar ki, allergiya insan şüurundan asılıdır. 4. Əgər insan hipnoz vəziyyətinə düşmək istəmirsə, onu hipnoz etmək qeyri-mümkündür. Hipnoz olmaq üçün ən əsas istək və motivasiya lazımdır. 5. Elə insanlar var ki, onlar təsir altına asanlıqla düşürlər. Məsələn belə insanları məşhur musiqiçi, rəssam olmalarna əmin etmək asandır. 6. Avstraliyada hipnoz kursları çox geniş yayılmışdır. Bu kurslar əsasən zərgərlik mağazası və bank işçiləri üçün nəzərdə tutulmuşdur. Kursda onları oğurluq nəticəsində oğruları necə hipnoz etmənin yollarını öyrədirlər. 7. Alimlər tərəfindən sübut olunmuşdur ki, hər bir insan hipnoz vəziyyətinə düşüb. İnsan gün ərzində 1 neçə dəfə qısamüddətli trans vəziyyətinə düşür. Bunun nəticəsində də bizim psixologiyamız özünü müxtəlif yüklənmələrdən qoruyur. 8. Bütün dünyada hipnozu əsasən sakitləşdirci vasitə kimi istifadə edirlər. Hipnoz vasitəsi ilə depressiyanın müalicəsi isə 2-ci yerdədi.3-cü yerdə isə alkoqoldan azad olmaq durur. 9. Şou biznes ulduzları da hipnozu sınaqdan keçiriblər. Dryu Berimor hipnozun köməyi ilə narko-asılılıqdan azad olmağa çalışmışdı, “Black Eyed Peas” qrupunun solisti olan Ferci isə hipnozdan içki asılılığından azad olmaq üçün istifadə edib. 10. Ən məşhur hipnoz təcrübəsi. Böyük zala insanları yığırlar, pambıqdan bir hissə götürüb onu maye ilə isladırlar və xəbərdarlıq edirlər ki, pambıqdan birazdan xoş olmayan qoxu gələcək, kim ki bunu hiss etsə, əlini qaldırsın. Bir neçə dəqiqədən sonra birinci sırada əyləşən insanlar, sonra ikinci sıradakılar, daha sonra isə üçüncü sıradakılar əllərini qaldırırlar. Bəziləri özlərini pis hiss etdikləri üçün zaldan çıxardılırlar, zalda qalanlarsa burunlarını əlləri ilə tuturlar. Əslində isə pambıqdan heç bir qoxu gəlmirdi: bunu arzu etsəniz, təcrübədən də keçirə bilərsiniz.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş