Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Öyrəndiklərinizi Unutmamaq üçün 4 Effektiv Strategiya

$
0
0
Lazımsız informasiyanın beynimizə axın etdiyi bu dövrdə yaddaşımızın idarəsi də get-gedə çətinləşməkdədir. Son dövrlərdə təhsil sahəsində aparılan tədqiqatlara görə, uğurlu tələbələrin öyrənmə qabiliyyəti daha yuxarıdır. Müxtəlif faktorların təsir etdiyi yaddaş zəifliyinin öhdəsindən gəlməyiniz üçün sizə 4 strategiya təqdim edirik. 1. Xatırlamaq üçün özünüzü məcbur edin. Sizin üçün faydalı olan şeylərin ən az əyləncəli olan hissəsi də onların çətin olmasıdır. Öyrənmək çətinləşdikcə, insan əlindən glənin ən yaxşısını edir. Məsələn, bu, çəkinizdən daha artıq olan ağırlığı qaldırmağın, sizi daha güclü etməsi kimidir. Bunu fürsətə çevirmək bəsit olsa da, asan deyil. Xatırlamaq üçün özünüzü məcbur edin. Öz hazırladığınız kiçik məlumat kartları bu işdə sizə kömək edəcək və beyninizdəki suallara cavab verməyə sizi məcbur edəcək. 2. Beyninizi çox qarışdırmayın. Oxuduğunun bir şeyin asan olduğunu və onu dərhal başa düşdüyünüzü düşünmək səhvdir. Aldığınız məlumatı eyni sürətlə də unuda bilərsiniz. Məsələn, hava limanındasınız və giriş darvazanızın nömrəsini xatırlamağa çalışırsınız. Monitora baxıb 210 olduğunu görürsünüz və öz-özünüzə asan olduğunu deyirsiniz. Əlinizdəki telefonu qurdalayaraq, gəzməyə başlayırsınız. Bu halda da hara getdiyinizi dərhal unudursunuz. Əslində etməli olduğunuz şey isə, nömrəni oxuyub, özü-özünüzə təkrar etməkdir:’Qapı hansıydı? Hə, 210, oldu, indi xatırladım.” 3. Köhnələr və yenilər arasında əlaqə qurun. Yeni öyrəndiyiniz bir şeyi köhnə bilginizlə əlaqələdnirmək xatırlamağın ən yaxşı üsullarından biridir. Bu həm də yeni öyrəndiyiniz bilgini daha yaxşı dərk etməyinizə kömək edəcək. 4. Öyrəndiklərinizi yansıtmağa çalışın. Geriyə dönüb baxmaq hər zaman yaxşıdır. Professor Francesko Gino deyir ki, insanlar öyrəndiklərini yansıtmaq fürsəti tapdıqlarında, bu onlara çox kömək olur. Bunun öhdəsindən gələ biləcəklərini əyani sürətdə görür və öyrəndikləri şeylərər daha çox enerji sərf edirlər. Bildiyimiz şeyləri təcrübədə sınamaq və etdiyimiz işlərdə yansıtmaq sizə mənasız görünə bilər, lakin əslində bu daha faydalı bir üsuldur.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ