Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Sokratdan üç sual və gözəl ibrətamiz bir dərs

$
0
0
Deyirlər ki, bir gün bir nəfər məşhur filosof Sokratın yanına gəlib deyir: “Sənin dost saydığın filankəsin haqqında bəzi şeylər eşitmişəm. İstəyirəm bunları sənə xəbər verim ki, dostunu yaxşı tanıyasan”. Sokrat onun xahişinə münasibət bildirməzdən qabaq deyir: “Tələsmə, eşitdiklərini mənə danışmağa vaxtın olacaq. Amma istəyirəm bundan əvvəl sənə üç sual verib cavabını öyrənim. Əgər məsləhət olsa, dostum haqqında bildiklərini mənə deyərsən”. Həmin adam razılaşıb Sokratın suallarını gözləyir. Sokrat birinci sualı verir: “Mənə deyəcəyin məsələnin düzgün olduğunu yəqin bilirsənmi? Bunu öz gözlərinlə görmüsən, yoxsa başqasından eşitmisən?” Adam cavab verir: “Düzünə qalsa, tam doğru olmasına yəqinliyim yoxdur. Bir nəfər bunları mənə danışıb”. Sokrat deyir: “Yaxşı. Deməli, deyəcəyin sözün tam doğru olduğunu bilmirsən, böyük ehtimalla yalan və iftira da ola bilər. Onda ikinci sualıma cavab ver. Sən dostumun yaxşı bir cəhəti haqqında mənə danışmaq istəyirsən, yoxsa onun pis bir hərəkətini ya sözünü xəbər verməyə gəlmisən?” Adam cavab verir: “Əslində onun çox pis və yaraşmayan bəzi hərəkətlərindən səni xəbərdar etmək niyyətindəyəm. İstəyirəm biləsən ki, özünə dost saydığın şəxs necə pis adamdır”. Sokrat nəticə çıxarır: “Deməli, sən mənə o adamın haqqında pis bir fikir söyləmək istəyirsən, amma bunun doğru olduğuna özün də inanmırsan. Elə isə, son sualıma cavab ver. Görək, həqiqətən, eşitdiklərini söyləməyə ehtiyac varmı? De görüm, deyəcəyin sözün mənə bir xeyri dəyəcəkmi? Bu söz məni sevindirəcəkmi və ya mənə faydalı olacaqmı?” Adam cavab verir: “İnanmıram bu sözdən sevinəsən ya sənə bunun bir faydası olsun. Dostunun pisliyi haqqında deyilən sözə necə sevinə bilərsən?” Sokrat verdiyi sualların cavabına yekun vuraraq deyir: “Əgər deyəcəyin söz doğru deyilsə, yaxşı bir söz deyilsə və mənə faydası dəyəcək bir söz deyilsə, bunu niyə mənə danışasan ki? Məntiqlə düşünsək, ağıllı adam vaxtını bu cür söhbətə qulaq asmağa sərf etməz. Mən bu söhbəti eşitmək istəmirəm”. Sokrat bunu deyib söhbəti bağlayır. Böyük filosofun bu hərəkəti bizlərə gözəl bir ibrət ola bilər. Əgər ürək bulandıran, qara yaxan söhbətlərə qulaq asmazdan əvvəl bu sualı verib cavabıni araşdırsaq, bəlkə də o söhbətlərin əksəriyyətini eşitməyə ehtiyac qalmadığı bizə aydın olar. Bu halda həm vaxtımızı mənasız işlərə sərf etmərik, həm qeybətə qulaq asmaq günahından qurtularıq, həm də bir çox dostlarımızın haqqında əbəs yerə bədgüman olub onları itirmərik. Mir.Az

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ