İtin hücumuna məruz qalan 4 yaşlı uşağı ölümdən xilas edən pişiyin görüntüləri qısa müddətdə böyük populyarlıq qazanıb. Bir gün ərzində həmin videoya 5 milyon baxış olub. Hadisə 2014-cü ilin mayında ABŞ-ın Beykersfild şəhərində baş verib. Müşahidə kameralarına düşən görüntülərdən görünür ki, uşaq velosipediylə oynayır. Birdən arxadan it ona hücum edir və ayağını dişləyir. Bir anda pişik özünü yetirərək iti qovur.
↧