Roma imperiyası. Olduqca geniş və qarışıq bir tarixə malik olduğu hər kəsə məlumdur. Əgər Roma tarixini dəqiqliklə oyrənmək fikriniz varsa onda sizə olduqca çox vaxt lazımdır. Romanın yürüşləri, müharibələri insanda olduqca maraq doğursada , mənə daha çox saray daxili münasibətlər, imperatorların şəxsi həyatı maraqlı olub və bu haqqda həmişə məlumat toplamağa çalışmışam. Bu məqaləmdə sizlərə İmperator Neron və onun həyatı haqqında məlumat verməyə çalışacam. Neron olduqca qarmaşıq və qəribəliklərlə dolu bir hakimiyətə sahib olub.Neronun anası Gənc Aqrippina həyat yoldaşının ölümündən sonra qardaşı Kaliqula tərəfindən sürgün olunmuşdurLakin Kaliqulanın 24 yanvar 41-ci ildə öldürülməsindən sonra yerinə Klavdi gəldi və Aqrippinanı sürgündən geri çağırdı.8 il sonra Klavdi Neronun anası Aqrippina ilə evləndi və Neronu da övladlığa qəbul etdi. Bəzi məmbələrə görə Klavdi daha əvvəldənAqrippina ilə eşq yaşayıb.Bu mənbələr ilk baxışdan nə qədər düzgün görünürsədə, sonra ki illərəd Klavdinin Aqrippina tərəfindən zəhərlənərəköldürülməsi bu mənbələri inkar edir.Neron 54-cu ildə, 17 yaşında hakimiyətə gəldi. Hakimiyyətinin ilk dövrlərində saraydakı üç əsas şəxsiyyətSeneka, Aqrippina və Burrus idi.Bu şəxslər bir-biri ilə mübarizə aparırdılar. Hətta bir dəfə Neron taxtda bir erməni səfiri qəbulahazırlaşarkən Aqrippina onun yanına oturmuşdu və Seneka Neronu bu utandırıcı vəziyyətdən çıxarmaq üçün Aqrippinanı oradan qaldırmışdı.Bu saraydaxili münaqişələr və Aqrippinanın təsirinin get-gedə azalması Aqrippinanı Neronun qardaşı Britannikin dəstəkləməyə başlamasına səbəb olmuşdu.Lakin, Britannik 12 fevral 55-ci ildə naməlum şəxslər tərəfindən öldürüldü. Neron, qardaşının epilepsiyadan əziyyət çəkdiyini və buna görə öldüyünü, antik müəlliflər isə Neron tərəfindən zəhərləndiyini iddia edirlər.Bundan sonra sarayda öz gücünü artıran və sabitləşdirən Neron digər rəqiblərini də aradan götürdü. Sarayda sözü müəyyən dərəcədə keçən təkcə Seneka qalmışdı. Bu gücü daha da artırmaq üçün Neron 59-cu ildə anasının ölüm əmrini verdi.19 yaşlı bir gənc öz anasını öldürmək üçün əmr verməsi düşüncəsizlik və Nerona qarşı güclü təsirin olduğunun sübütudur.Neron 16 yaşında bacılığı Klavdiya Oktaviya ilə evləndirildi.Bu evlilik anası Aqrippinanın təsiri ilə olmuşdur və Neronun buevliliyə narazı idi.Neron Senekanın istefasından sonra Klavdiya Oktivayadan ayrıldı və Popeya Sabina ilə evləndi.Oktaviya daha sonra öldürüldü.65-ci ildə Poppeya vəfat etdi. Neron uzun müddət yas tutdu. Popeyyanın ölüm səbəbi məlum deyil ancaq Neron onu çox sevdiyi üçünbu hadisədən sonra demək olarki ağlını itirdi. 66-ci ildə o, Statiliya Messalina ilə evləndi ancaq bu evlilikdə cəmi bir il davam etdi.Neron 67-ci ildə Popeyaya bənzəyən Sporus adlı bir gənc oğlanı xədim etirərək onunla evləndi.Vindeksə dəstək olaraq üsyana başlayan və özünü imperator elan edən İspaniya valisi Qalba Roma üzərinə yeriməyə başlamışdı. Əvvəlcə Parfiyaya qaçmağı düşünən Neron Romaya qayıdıb xalqdan üzr istəmək, heç olmasa Misirdə yaşamağa icazə vermələri üçün yalvarmaq barədə düşünürdü. Gecə yarısı sarayında oyananda ətrafında heç kəsi görməmiş, dostlarından kömək ala bilməmişdi. Hətta intihar etmək üçün bir qladiator axtararkən heç kimi tapmamış, çarəsizlikdən özünü Tiber çayına atmaq üçün saraydan qaçdı. Şəhərdən kənarda, azad etdiyi qullarla birlikdə başqa bir azad qul olan Faonun evində gecələyərkən bir nəfər ona senatın onu düşmən elan etdiyi və edam üçün çağrıldığı xəbərini vermişdi. Lakin Tasitin yazdıqlarına görə, senat əslində onu Qalbadan qorumaq, ən azından bir vəliəhd dünyaya gələnədək onu yaşatmağı düşünürdü. Amma Neron bunu eşidən kimi azad etdiyi qullarından biri olan Epafroditə onu öldürməyi əmr etmişdi. Neronun son sözləri "belə bir sənatkar ölür" idi. Epafrodit daha sonra Domisian dövründə Neronun intiharının qarşısını ala bilmədiyinə görə öldürülmüşdür. Neron, mahnı oxumağı çox sevirdi, teatrda çıxışlar edirdi,hətta özü mahnı da yazırdı.64-cü ildən başlayaraq Neapolda xalq qarşısında ifa etməyə başlamışdı.67-ci ildə Olimpiadada at yarışında iştirak etmişdi. Bu yarışlarda uduzsa da qalibkimi Romaya yola salınmışdı.Neronun hakimiyyətinin 10-cu ilində, iyulun 18-indən 19-una keçən gecə Romada böyük bir yanğın başladı.Tasit Kornelinin dediklərinə görə yanğın 5 gün davam etmişdi.Tarixçi Svetoni (Suetonius) və Kassi Dionun fikrincə yanğını Neron çıxarmışdı ki, özünə yeni saray ucaltdırsın. Tasitin sözlərinə görə isəyanğını çıxaranlar xristian idi və etiraf da etmişdilər. Tasitin dediklərinə görə Roma yanarkən Neronun musiqi ifa etməsi də şayiədir. Hətta Neron yanğını söndürmək üçün öz şəxsi sərvətindən xərcləmişdi. Neron şəxsən yanğın qurbanlarının axtarılıb çıxardılmasında iştirak etmişdi. Bundan əlavə yanğında evlərini itirən vətəndaşlara bir müddət öz sarayında yaşamağa icazə də vermişdir. Mir.Az
↧