Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Azərbaycanda avtomobili 320 ilə sürən kimdir? - VİDEO

$
0
0
Saatda 320 km sürətlə maşın sürür, həm də gecə vaxtı... İlk baxışdan hansısa Formula 1 yarışını xatırlatsa da, görüntülər Bakı-Quba yolunda çəkilib. Maşını sürətlə idarə edərək həyatını təhlükəyə atmağı azmış kimi bir əli ilə də bunu telefonla çəkir. Son zamanlar internetdə belə görüntülərin sayı həddindən çox artaraq təhlükəli bir trendə çevrilib. Bu cür videoları izləyib bəyənənlər, paylaşanlar ən pisi isə özü də yoxlayan minlərlə insan var. Belə videolar adətən şəhər içi yolların boş olduğu gecə vaxtları və avtomagistrallarda çəkilir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu cür maşın idarə edənlərin sonunun heç yaxşı olmadığını deyir. Maraqlısı burasındadır ki, "trend"ə uyub "Yol hərəkəti haqqında" qanunun eyni vaxtda bir neçə bəndini kobud şəkildə pozan bu şəxslərin əksəriyyəti isə yeniyetmə və gənclərdir. Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu cür halların artdığını etiraf edir. Onun sözlərinə görə, həmin şəxslər inzibati məsuliyyət daşıyır və belə hallar araşdırılaraq müəyyən edildikdə müvafiq tədbirlər gördülür. Polisin və kameraların nəzarətindən kənar yerdə bu cür adrenalin həvəskarlarının axırı isə heç də yaxşı olmur. Elə sonu dəhşətli bitən bu videodakı gənclər kimi.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ