Bilmirik bu yaxşı şeydir yoxsa pis, amma bu pul gənc qıza çətinlik yaradıb. Avstraliyada tələbə olan 21 yaşlı bu qız Malayziyalı Kristin Jiaxin Li ATM-yə gedəndə şok düşüb. Hesabında tam 4.6 milyon dollar vardı. Haradan gəldiyi məlum olmayan bu pulu, ən qısa zamanda necə qurtararam düşüncəsi ilə xərcləyən qız üstəlik bu vəziyyəti sevgilisinə belə deməyib. Sadəcə çantalarla 1 milyondan artıq pul xərcləyib. Avstraliyalı jurnalistlər qızın nələrə pul xərclədiyinin bir təqdimatını da hazırlayıb. Bu səhvlik düzələndə polislər tərəfindən tutuldu. Polislərə yalandan pulları valideynlərim verib deyərək özünü müdafiə etdi. İndi ailəsi həmin pulu hissə-hissə dövlətə ödəyəcək.
↧