Missuri Tibb Universiteti nümayəndələrinin apardığı araşdırma nəticəsində məlum olub ki, nikotin və alkoqolun birlikdə istifadəsi yuxu qaçırır. Universitetin nevrologiya şöbəsinin direktoru, professor Maheş Zakkar jurnalllardan birinə müsahibəsi zamanı bildirib ki, nikotin alkoqolun yuxu gətirən təsirini aradan qaldırır. Zakkarın əvvəlki araşdırmaları nikotin və alkoqolun birlikdə istifadəsi beynin mükafatlandırma sisteminə təsir etdiyini ortaya qoymuşdu. Amma sonra aparılan araşdırmalar nəticəsində bəlli oldu ki, hər iki maddə – alkoqol və nikotin bir-birini dəstəkləyir. Siçanlara yuxu ölçən eltron cihazlar taxan alimlər, bu qənaətə gəliblər ki, nikotin ön beyinə təsir edərək alkoqolun yuxu gətirən təsirini yox edir. Zakkar, eyni zamanda, siqaret çəkən birinin daha çox alkaqol aldığı qənaətinə gəlib. Deməli, hər iki maddə bir-birini dəstəkləyir. Qeyd edək ki, hər il dünyada 7 milyon insan narkotik və alkoqol istifadəsindən dünyasını dəyişir. Mir.Az
↧