Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

Ancaq Bakılıların Başa Düşəcəyi 10 Spesifik Söz

$
0
0
Hər şəhərimiz, bölgəmizə xas olan dialekt və şivələrin gözəlliyini hər kəsə nümayiş etdirmək fikrindəyik. Bəzi sözlər ancaq bir şəhər və ya müəyyən bir zonada yaşayan insanlar tərəfindən başa düşülür, gündəlik həyatda da tez-tez işlədilir. Siz əgər həmin yerlə yaxından-uzaqdan əlaqəsi olmayan bir insansınızsa, ilk dəfə bu sözləri eşitdikdə başa düşməyə, özünüzü bir az qəribə hiss edə bilərsiniz. Bu gün biz Bakı dialektindən bir neçə söz təqdim edəcəyik. Bakı dialekti Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxildir. Bu qrupa daxil olan digər şəhərlər Şamaxı, Quba, Lənkəran və Muğan dialektləridir. Ona görə də siyahımızda bəzi sözləri bu ərazi içində yaşayan digər insanlar da başa düşə bilər. Amma bu sözlər adətən təkcə bakılılar tərəfindən sıx işlədilir. Bakı dialektində işlədilən 10 fərqli söz 1. Zivə Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar ''zivə'' deyirlər. ''Zivədən paltarları yığ!'' cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz. 2. Nöş, nöşün “Nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması. Çox tez-tez işlədilən sözdür. Bakılı dostlarınız varsa, yəqin ki bu söz elə sizin də dilinizə düşüb. 3. Mömə Adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir. 4. Masqura Balaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir. 5. Peyğəmbəri Qarğıdalı yeməyi sevirsinizsə, bu sözü də yadınızda saxlamağı sizə tövsiyə edirik. Bakılılar qarğıdalıya peyğəmbəri deyir. 6. Abgərdən Sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar. 7. Külafrəngi Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq. 8. Əziz-girami Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur. 9. Belənçiynə Belə sözünün maraqlı formada uzadılmış versiyasıdır. Bəzən “belənçignə”, şimala tərəf getdikcə isə “belənkimic” kimi səsləndirmələrinə də rast gəlinir. 10. Şüvən Həyasız adamlara adətən bakılılar şüvən (düzgün yazılışı - şivən) deyirlər. “Filankəs çox şüvən adamdır,” adətən heç nədən söz çıxaran, hər sözü söz edən adamlar haqqında deyirlər.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Xoş Gəldin İyun Yazılı Şəkillər


Nootroplar nədir?


Ali hisslər


Dünyanın en ilginç seks rekorları... Fotolar


Dostluğa aid şəkillər - Foto (1)


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Bürclərin Ənləri


Yalnız mənimsən


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


WhatsApp Plus Aze Yukle


Üslub və üslubiyyat


Qadınlara Özəl: İntim Əlaqə Zamanı Xüsusi Pozalar


5-ci siniflər üçün BSQ testləri


Maraqlı Yazılı Şəkillər (11)


"Savoyardi” peçenyesi Tiramisu üçün istifadə olunan peçenye - Resept


Unutma Yazılı Şəkillər (106)


Açıq testlər


Sardonik gülüş