Qobustan qayaüstü rəsmlər yadplanetlərlə əlaqəlidir. İsveçli kristolloqrafların Azərbaycan alimlərlə birlikdə hələ ötən əsrdə apardığı və gizlin qalan araşdırmalar bunu sübut edib. Yayılan məlumata görə, Qobustandakı qayaüstü işarələrdə müxtəlif səma cisimləri, səmada hərəkət edən qurğular, insanı təsvir edən işarələrdən tamamilə fərqli olan insanabənzər qayaüstü rəsmlər təsvir olunub. Şair-publisist, ufoloq Nazim Əhmədli Publika.az-a açıqlamasında bu fikirlərin nə qədər real ola biləcəyindən danışıb. O, bu faktları inkar etmədiyini deyib: “Yadplanetlilər yüz min illərdir Yer kürəsinə gəlib-gedirlər. Tək Qobustanda deyil, başqa yerlərdə də qayalarda yadplanetlilərin varlığını göstərən rəsmlər var. Əlbəttə,həmin rəsmləri yadplanetlilər yox, onları görən insanlar çəkib. Din olmadığı vaxtlarda kainatdan gələnləri allahlar kimi qəbul edirdilər.Yer kürəsinin, qabaqkı sivilizasiyaların inkişafına yadplanetlilər təkan veriblər. Öz planetlərinin ətrafına tökmək üçün Mesoptamiyada 150 il qızıl qazıblar. Yadplanetlilərin Yerdə sonsuz sayda izləri var. Qobustanda kosmonavtların, yadplanetlilərin gətirdikləri alətlərin təsvirini çəkiblər. Əlbəttə, onlar gördüklərini olduğu kimi yox, primitiv şəkildə çəkilib.Yadplanetlilər həmişə gəlib- gediblər, onlar bizi qoruyurlar. Ayda, Marsda, okeanların altında bazaları var. Skandinaviya ölkələrində də qayaüstü abidələrdə eynilə Qobustan olduğu kimi rəsmlər var”. **** Azərbaycan tarixində önəmli yer tutan Qobustan qaya rəsmləri ilə bağlı maraqlı faktı təqdim edir. Qeyd edək ki, bu fakt uzun müddət SSRİ “KQB”-si tərəfindən gizli saxlanılıb. Yalnız sovet quruluşu çökəndən sonra İsveç və İngiltərənin UFO-ları tədqiq edən jurnalları bu məsələni araşdırıblar: 1958-ci ildə Bakı Dövlət Universitetinin bir qrup alimi Qobustan ərazisində apardıqları araşdırmalar nəticəsində maraqlı nəticələr əldə edir. Onlar orta daş dövrü hesab edilən Mezolitə aid olan bu məkanda bəzi işarələrdəki gizli simvolikanı, şifrə və sirləri ilk dəfə gördüklərindən araşdırmaları raport halına salaraq Mərkəzə-Kremlə yollayırlar. Araşdırmalar SSRİ-nin o zamankı rəhbəri Nikita Xruşovu çox maraqlandırır. Xruşov təcili şəkildə həmin ərazidə yenidən tədqiqatlar aparılması və raportda qeyd olunan gizli məsələlərin aydınlaşdırılması üçün Bakı Dövlət Universitetinə göstəriş verir. Həmçinin o zaman güclü kadrları çox olmayan universitetin büdcəsini sırf bu araşdırmalara görə artırır. İsveçdən gələn kristolloqraflarla bərabər Azərbaycan alimləri yenidən Qobustana yollanırlar. Daşların üzərindəki yazı və işarələr avropalı mütəxəssislər tərəfindən de-şifrə olunur. Dövrün sosial, məişət həyatını və dini-mifoloji dünyagörüşünü əks etdirən işarələr araşdırılsa da, bəzilərini çözmək çətin olur. Elə yerli alimlərin də Mərkəzə yolladığı işarələr bunlar idi. Avropalı mütəxəssislər bir müddətdən sonra həmin gizli yazı və işarələri də “danışdıra bilirlər”. Həmin işarələrdə müxtəlif səma cisimləri, səmada hərəkət edən qurğular, insanı təsvir edən işarələrdən tamamilə fərqli olan insanabənzər qayaüstü rəsmlər təsvir olunmuşdu. Artıq Avropa alimlərinin də heç bir şəkk-şübhəsi qalmır:həqiqətən də Qobustan qayaüstü rəsmlərindəki Xruşova qədər gedib çıxan bu işarələr yadplanetlilərə aid imiş. Alimlər bəzi yazıları oxuyandan sonra fəzalıların Qobustan sakinlərinə müxtəlif vərdişləri öyrətmələrini (əşyalardam istifadəni, alətlər hazırlamağı) təsdiq ediblər. Alınan nəticələr yenidən raport kimi Mərkəzə göndərilir. O zaman kifayət qədər sərt və güclü olan SSRİ KQB-si bu nəticələri gizli saxlayır. Mərkəz də hadisəyə yenidən qayıtmağı qadağan edir. Hətta araşdırmada iştirak edən alimləri bu sirri açacaqları təqdirdə sürgün olunacaqları ilə hədələyirlər. İsveçli arxeoloq isə ölkəsinə gedən kimi müəmmalı avtomobil qəzası nəticəsində dünyasını dəyişir.
↧