Hindistanın Uttar Poradeş əyalətində yaşayan 42 yaşlı Şahana Begum ölkədə qadınların məruz qaldığı cinsi təcavüzlərin qarşısını almaq üçün əlində tüfəng küçə-küçə gəzib-dolaşır. Hindistanlı, dörd uşaq anası qadınları-qızları qorumaq üçün əlindən gələni əsirgəmir. O, bu missiyanı özünə şərəf bilir. Qadın təcavüzkarlarını tutur, polisə təslim edir. Maraqlı məqamlardan biri budur ki, o kişiləri təcavüz etdikləri qadınlarla məcburən evləndirir. Kəndin sakinləri Şahana ilə qürur duyur və onu "tüfəngli xala”deyə çağırırlar.
↧