Quantcast
Channel: Maraqli - Xəbərlər Wsemir
Viewing all articles
Browse latest Browse all 2950

3 ölkəni birləşdirən məxfi cəmiyyətin SİRRİ: Gizli intim münasibətləri, “üçüncü cins”... - FOTOLAR

$
0
0
Hicralar barəsində çox eşitmişik, lakin bununla belə onların sirli məqamları kifayət qədərdir. Hicralar üç ölkəni - Pakistan, Hindistan və Banqladeşi birləşdirən, yəni bu məmləkətlərdə yaşayan gizli cəmiyyətlərdəndir. Lakin bu şəxslər həmin ölkələrin cəmiyyətləri tərəfindən qəbul olunmur. Hicralar (hijran) özlərini qadın ruhlu kişilər olaraq görür. Onlar qadın kimi geyinir, davranırlar. Lakin birliyin üzvü olmaq üçün hər hansı bir cinsiyyət dəyişdirmə əməliyyatı şərt deyil. Yaşadıqları ölkələrdə özlərini qadın və kişi deyə yox “üçüncü cins” olaraq adlandırırlar. Hazırda Hicralar performans sənətçisi, dilənçi ya da seks işçisi olaraq bilinir. Bununla bərabər hicralar haqda bilinməyən bir gerçəkli də var. Bu birlik hələ də bir çox sirrin qoruyucusudur. Onların danışdıqları və əsrlik yaşı olan “Hicran fars” dili də bu sirlərdən biridir. Özlərinə məxsus qurduqları cəmiyyət “Hicran fars” adı verilən dilin doğuşuna səbəb olub. Birliyin dilini araşdıran İslamabad Beynəlxalq İslam Universitetindən doktor Muhammad Şiraz “Hicran fars” dilinin on minə yaxın söz ehtiyatına sahib olduğunu söyləyir. Sözlərin əksəriyyəti məna baxımından ticarət, pul, hicran mərasimləri, qarğışlar, intim mövzular üzərində sıxlaşmış vəziyyətdədir. Hicran tam bir fars dili olaraq qəbul olunmasa da, Hicralar istifadə etdikləri dilin ölmədiyini israrla ifadə edirlər. Onlar bu dili özlərini digər insanlardan ayıran ən əhəmiyyətli nöqtələrdən biri olaraq görür. Buna görə də onu gizli tutmaq mövzusunda həssas davranırlar. Çünki dillərini digər insanların anlamasını istəmirlər.

Viewing all articles
Browse latest Browse all 2950

Trending Articles


WhatsApp Plus Aze Yukle


Xəmsə oyunu üçün suallar paketi


Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (61)


Mənə naz et | Əliağa Vahid


Toy gecəsi (zifaf gecəsi) zorlama ?!


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Qələm Yazılı Şəkilləri (38)


Alov haqqında 3 maraqlı fakt


Artikl


Nootroplar nədir?


Seks haqqında bilinməyən həqiqətlər


Maraqlı Yazılı Şəkillər (11)


Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (203)


Eşq yoxsa Ehtiras? (+18)


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Həftədə azı 2 dəfə sekslə məşğul olun - 26 FAYDASI


ID Photos Pro Yukle


Qızlar üçün Dəbli Saç Modelləri (2)


Göy üzündə neçə ulduz var?


Bərəkallah ustadına