Yalnız böyüklər üçün hazırlanmış olan bu parklardan biridi İngiltərədə yerləşən Green Scream əyləncə parkında isə fərqli bir əyləncə var. Buradakı insanlar sürət qatarlarına çılpaq minir. İlk olaraq 2010-cu ildə həyata keçirilən bu əyləncədə 102 nəfər çılpaq bir şəkildə sürət qatarına minib. İngiltərənin və Avropanın müxtəlif bölgələrində gələn insanlar soyunur və qatarlara minir. Ən son ötən 2015 ildə həyata keçirilən "çılpaq sürət qatarına minmə" kampaniyasına 57 nəfər iştirak edib. İştirakçılar bunu "yaddaşlarda qalacaq bir şeylər etmək, əylənmək və eyni zamanda da yerli bir fond üçün pul toplanmasını təmin etmək" kimi səciyyələndirir. Çünki buradakı məqsəd xərçəng fondu üçün pul toplamaqmış. Bu əyləncəyə qatılmaq uşaqlar üçün isə tamamilə qadağan edilib.
↧